Məhkəmə qərarları › İş №2(004)-4772/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4772/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4772/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Vəkil iştiakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800.000 ABŞ dollar pulun (ödəniş gününə manatın məzənnəsi ilə) və 20.000 manat məbləğində pulun və 250.000 manat məbləğində mənəvi zərərin əvəzinin, habelə ödədiyim 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 26.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan X1 Cavabdeh qarşı pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair 2(004)- 4772/2021 saylı mülki işlə iddiaçılar Cavabdeh və X2 cavabdeh X3 qarşı əmlak tələbinə dair Xəzər Rayon Məhkəməsinin icraatında 2(003)-2875/2021 saylı mülki işin icraatının birləşdirilməsi və iş materiallarının Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 və onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, mülki işin baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 2(003)-2875/2021 saylı 21.06.2021-ci il tarixli qərardadın surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı X5 cavabdeh X3 qarşı “əmlak” tələbinə dair mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)-4772/2021 saylı mülki işin icraatı Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-2875/2021 saylı mülki işin icraatına birləşdirilsin və birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. 2(004)-4772/2021 saylı mülki iş materialları Xəzər Rayon Məhkəməsinin icraatına göndərilsin. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar