Məhkəmə qərarları › İş №2(004)-4779/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4779/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4779/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1837 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1867 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında xx xxxx 2017-ci il tarixində, 02/20043 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. “İddiaçı” İB-nə xx xxxxxx 2020-ci il tarixli, ******* akt əsasında 820,80 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 273,60 manat, xx xxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 273,60 manat, xx xxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 136,80 manat və xx xxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 401,30 manat maddi ziyan dəymişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-nə ödənilməli olan borc məbləği 1837 manat təşkil etmişdir. “İddiaçı” İB-nin nümayəndələri tərəfindən cavabdehə borcunun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Məhkəmə iclasında iddiaçınınnümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək izahatlarında bildirmişlər ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən aktlar cavabdehin iştirakı olmadan tərtib olunmuşdur. Bu səbəbdən cavabdeh həmin aktlara dair öz etirazını bildirə bilməmişdir. Aktlardan göründüyü kimi, cavabdehin həmin aktlarda imzası yoxdur və bundan əlavə imzalamaqdan imtina aktıda tərtib edilməmişdir. Bu isə həmin aktların etibarsız olmasına dəlalət edir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, PQ 4-ün və kombinin maksimal saatlıq qaz sərfi 24 saata uyğun hesablanmışdır. Həmin kənar qaz xəttindən təkcə 2 gözlü qaz peçinə xətt gedir. Kombiyə gələn qaz xətti tam qanuni yolla çəkilmiş və istifadə olunmaqdadır. “İddiaçı” İB-yi tərəfindən maksimal qaz sərfinin 24 saata vurulması heç bir reallığa uyğun deyildir. Belə ki, gün ərzində qaz peçindən maksimal olaraq üst-üstə yığılsa cəmi 4-5 saat istifadə olunur. Cavabdehə məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur. Yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişdirlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən zərər vurma öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin maddənin 2-ci bəndinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Təqdim olunmuş sübutlardan müəyyən olunur ki, cavabdehə məxsus evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar 2020-ci ilin yanvar-may aylarında tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Smart sayğaclı abonentin saldosundan çıxarışdan görünür ki, 2020-ci ilin yanvar, fevral, mart aylarında cavabdehə məxsus mənzildə qazdan sərfin həcmi 70 m3 olmuş və sayğaca hər ay 7 manat məbləğində pul vəsaiti yüklənmişdir. Bu isə öz növbəsində cavabdehin nümayəndələrinin qazdan kənar xəttin mənzildə yerləşən bütün qaz işlədiclərinə deyil, yalnız bir qaz işlədicisinə, yəni 2 gözlü qaz plitəsinə (PQ-2) xəttin çəkilməsini təsdiq edir. Aktlardan göründüyü kimi, yoxlayıcılar mənzilin daxilində baxış keçirməmiş, sayğacdan kənar xəttdən mənzilin daxilində hansı qaz işlədicilərinin qidalanmasını araşdırmamışdır. Bundan əlavə məhkəmə cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş qaz sərfinin 24 saata vurulmasını da qanunsuz hesab edir və qaz işlədicilərinin orta günlük iş rejiminin 12 saat qəbul edilməsini ədalətli hesab edir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli akta əsasən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,6 x 12 x 90 = 648 m3; xx xxxxxx 2020-ci il tarixli akta əsasən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,6 x 12 x 30 = 216 m3; xx xxxx 2020-ci il tarixli akta əsasən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,6 x 12 x 30 = 216 m3; xx xxxxx 2020-ci il tarixli akta əsasən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 15 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,6 x 12 x 30 = 108 m3; xx xxx 2020-ci il tarixli akta əsasən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 44 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,6 x 12 x 30 = 316,8 m3 müəyyən olunur. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 0,10 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən yuxarıda istinad olunan aktlar üzrə müəyyən olunmuş cəmi 150,48 manat məbləğində zərər tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 2,50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 150,48 (yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində dəymiş zərər və 2,50 (iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar