Məhkəmə qərarları › İş №2(004)-4781/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4781/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4781/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1782 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabina ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixdə, AKX-00675xx/xx-2019 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yarandığıaşkar olunmuşdur.xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 4860 m3 müəyyən edilmişdir.xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 9720 m3 müəyyən edilmişdir.xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 3240 m3 müəyyən edilmişdir. Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli saldodan görünür ki, (Abonent kodu **********00020) ona məxsus ünvan 1 ünvanında qazdan istifadəyə görə yuxarıda sadalanan aktlara əsasən hesablanmış zərər və qəbul edilmiş qərara uyğun ziyan 1782 manat abonentin ödəniş hesabına köçürülmüşdür və 2019-cu ilin avqust ayına qədər abonentin 1782 manat qalıq borcu olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarının 3.4.1-ci bəndinə əsasən istehlakçılara özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır İşin hallarından göründüyü kimi,Cavabdeh qaz xəttinə qanunsuz müdaxilə edərək, qeyri-qanuni xətt çəkmiş və həmin xəttdən istifadə etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. “İddiaçı” İstehsalat Birliyi tərəfindən xx.xx.2019cu il tarixdə qərar qəbul edilərək toplam 324 manat ziyan vurulması müəyyən edilmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin məbləğin cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. Belə ki, cavabdehin qanunsuz əməlləri iddiaçı tərəfindən xx.xx.2019-cu ildə ilk dəfə aşkar edildiyindən və daha sonra bu əməllər xx.xx.2019-cu il tarixdə yenidən aktlaşdırıldığından, xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın sərfiyyatının götürülməsi, aktdakı 60 gün nəzərə alınmaqla daha ədalətli olardı. “İddiaçı” İstehsalat Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilərkən, hesabat müddətinin 180 gün götürülməsi, iddiaçı tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi“İddiaçı” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarı əsasında 972 manat pulunCavabdeh tutulması hissəsində təmin edilməməlidir. Həmçinin, işin hallarından da göründüyü kimi, Cavabdeh məxsus mənzili qazla təchiz edən xəttin üzərində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yarandığı əsas gətirilməklə xx.xx.2019-cu il tarixdə iddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 4860 m3 müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi, istehlakçının mənzilini qazla təchiz edən xəttin üzərindəqaz sayğacını öz vəsaiti hesabına quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qaz paylayıcısının, hazırki halda iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı akt tərtib edərək bu akt əsasında qərar qəbul etməklə itirilmiş qazın sərfiyyatını hesablayaraq ödənilməsini tələb etsə də, mənzilindən kənarda quraşdırılmış sayğacın çıxış plastmas borusunun cavabdehin təqsirli hərəkəti nəticəsində deşilməsini əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi“İddiaçı” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarı əsasında 486 manat pulunCavabdeh tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 324 (üç yüz iyirmi dörd) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar