Məhkəmə qərarları › İş №2(004)-4785/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4785/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4785/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində qalan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazanc və gəlirlərindən hər uşağa görə 170 manat məbləğində alimentin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2649/2020 saylı Qətnaməsi ilə Cavabdeh hər ay 2 azyaşlı uşağın onun himayəsində saxlanılmasına görə üzrəinə qoyulmuş qazancının və başqa gəlirlərinin 1/3 hissədə tutularaq onun hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hal-hazırda icraya yönləndirilmişdir. Qeyd olunan qətnaməyə əsasən cavabdeh hər ay onun hesabına cəmi 200 manat məbləğində pul ödəyir. Bu isə hal-hazırda uşaqların maddi ehtiyyaclarını çox cuzi şəkildə ödəyir. Buna görədə o, sabit pul məbləğinin yenidən artırılması tələbi ilə məhkəməyə müraciət etmişidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, birgə nikahdan olan və onun himayəsində saxlanılan X4 nitq qüsurludur və qüsuru səbəbindən vaxt aşırı olaraq loqopedə aparılır. Bu isə əlavə olaraq hər müalicəsində 200 manat xərc tələb edir. Odur ki, kəsilmiş aliment məbləği uşaqların maddi təminatını qarşılamdığından, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı uşaqların onlarla görüşməsinə razı deyil. Cavabdeh epilepsiya xəstəsi, ikinci qrup əlildir və 233 manat pensiya alır. Bununla əlaqədar olaraq cavabdeh işləmir. Cavabdehin müalicəsi üçün xeyli xərc çəkir. Uşaqların maddi ehtiyyaclarını qarşılamaq üçün həmin pensiya kartını iddiaçıya verməyə razıdırlar. Əlavə xərclər də də köməklik göstərə bilərlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-cı il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 808 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş X5, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ 121128 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 516835 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması, uşaqların ananın yanında saxlanması və uşaqların saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnaməyə əsasən cavabdeh hər ay iki uşağın saxlanıması üçün cəmi 200 manat məbləğində alimenti İddiaçı ödəyir. Lakin həmin aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar