Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4807/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda faktiki olaraq ünvan 1 ünvanında 2 övladı ilə birlikdə yaşayır. Onunla Cavabdeh arasında nikah münasibətləri məhkəmə qərarı əsasında 06.03.2019-ci ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 115 № ilə qeyd aparılmış, bu əsasa görə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-1 № seriyalı 311968 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(004)-9184/2018 saylı qətnaməsi var, hansı ki o qətnaməyə əsasən nikah pozulmuş və övladlar onda qalmışdır. Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(004)-2032/2020 saylı qərarına əsasən ona hər uşağa görə keçmiş ərindən hər uşağa 170 manat aliment alınaraq verilməsi barədə qətnamə qəbul olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)-6071/2020 saylı qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 18.03.2020ci il tarixli 2(004)-2032/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 16.06.2021-ci il tarixli 2(102)-2399/2021 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)-6071/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Qeyd edir ki keçmiş əri işləyir sadəcə alimenti ödəmək istəmir, onun üçün övladlarının necə yaşamağı maraqlı deyildir. Uşaqları 06.04.2011-ci il təvəllüdlü X4 və 12.11.2012-ci il təvəllüdlü X3 azyaşlıdır, qayğıya, nəvazişə və qulluğa ehtiyacları var. Övladları böyüdükcə maddi tələbatları da günü gündən artır. Tək və az maaşla bir qadın olaraq uşaqlarına baxmaq təbii ki, bir ana üçün çətindir. Hazırda bir yerdə ailə kimi yaşamayacağı üçün uşaqların qida, geyim, müalicə və digər tələbatlarını ödəmək ona kifayət qədər çətin olacaqdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib: Yaşayış minimumu ölkə üzrə - Uşaqlar üçün aliment 175 manat. Bakı şəhərində ən az aliment 175 manat kəsilir, çünki Bakıda digər şəhərlərdən fərqli olaraq xərclər çoxdu və hər şey daha bahadır. Göstərilənlərə əsasən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla 06.04.2011-ci il təvəllüdlü X2 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulması və uşaqların saxlanılması, habelə mənafeyi üçün ona verilməsi; əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat pulun Cavabdeh onun özünün saxlanılması üçün tutulması; alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulması və bu barədə qərardad qəbul edilməsi və ödədiyi dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqlar onun himayəsinə verilmişdir. Daha sonra 18.03.2020-ci il tarixdə çıxarılmış qətnamə ilə cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda Kliniki tibbi Mərkəzdə işləyir və aylıq maaşı 346 manat təşkil edir. Bir müddət ödəniş edilmədiyi üçün, cavabdeh inzibati qaydada həbs edilmişdir. Yaşayış minimumu artdığı üçün belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdir ki, o özü neçə illərdi ki, barmen işləyir və 300 manat məbləğində sabit gəliri vardır. O, hazırda evlidir və 3 yaşında bir uşağı da vardır. Pandemiyaya görə iş yeri bağlı olduğu üçün işləyə bilməmişdir. Ona görə də, aliment borcunu ödəyə bilməmiş və inzibati qaydada həbs edilmişdir. İddiaçının tələb etdiyi məbləği ödəmək iqtidarında deyildir. Bundan başqa onun öhdəsində xəstə anası vardır ki, anasının da qayğısına o qalır. Qeyd edilənlərə məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9184/2018 saylı, 20.12.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2010-cu il tarixdə 582 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 06 aprel 2011-ci il təvəllüdlü X4 və 12 noyabr 2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 06.04.2011-ci il təvəllüdlü X2 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin hər uşağa görə 175 manat məbləğində artırılmasını və azyaşlı uşaqlarına baxdığı üçün hər ay 250 manat sabit pul məbləğində maddi yardımın tutulmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1 -ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2032/2020 saylı, 18.03.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə iddia tələbini alimentin artırılması hissəsində təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə iddia tələbinin 250 manat sabit pul məbləğində maddi yardımın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericliyin mənasından da görünüdüyü kimi ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 06 aprel 2011-ci il tarixdə X4 və 12 noyabr 2012-ci il tarixdə isə X3 doğulmuş və Şəfiqə Hacızadənin 10 yaşı, Süleyman Hacızadənin isə 8 yaşı vardır. Bundan başqa məhkəmə həmçinin iddianı bu hissədə təmin etməyərkən, sonuncunun özünün məhkəmə iclasında etiraf etdiyi kimi Kliniki tibbi Mərkəzdə işləməsini və aylıq maaşı 346 manat təşkil etməsini nəzərə alır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4807/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4807/2021
11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver