Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4814/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 12500 manat pul vəsaitinin, əldən çıxmış 5000 manat vəsaitin (faydanın) və dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 12500 manat pul vəsaitinin və dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə Yeni Yasamal ərazisində, yaşadığı evin yaxınlığında yerləşən “Badi-Kubə” kafesində 12500 manat pul vəsaiti vermişdir. Belə ki, Cavabdeh bir neçə dəfə ona iş quracağını, taxta materiallarından (DSP, MDF) ibarət vaqonu Belarusiyadan Azərbaycana gətirəcəyini bildirmiş və onu da bu işə qoşmaq üçün yalan vədlər vermişdir. Cavabdehin verdiyi vədlərə görə o, ona DSP, MDF materiallarından ibarət vaqonun Azərbaycana gətirilməsi üçün 12500 manat pul vəsaiti verməli və 1-2 ay müddətində mal Azərbaycana gəlməli idi. Cavabdeh həmçinin verilən puldan əlavə hər ay 4900 manat qazanc olacağını da bildirmişdir. Onun yalan vədlərinə inanaraq 12500 manat vəsaiti cavabdehə vermişdir. Bir müddət sonra Cavabdeh malın gəlibgəlməməsi ilə bağlı soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaqonun yolda olduğunu, yaxın aylarda Azərbaycana gələcəyini demişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra məlum olmuşdur ki, Cavabdeh ümumiyyətlə vaqon vurmamış, onu bu yolla aldadaraq pulunu ələ keçirmiş və öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Sonralar dəfələrlə cavabdehdən pulu geri qaytarmasını istəsə də, o, maddi vəziyyətinin aşağı olduğunu, yaxın zamanlarda pulu qaytaracağını bildirmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından imtina etmişdir. Cavabdehin onu aldatmasını dələduzluq hesab edərək xx.xx.2024-cü il tarixdə Yasamal Rayonu Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayət etmişdir. Cavabdeh bölməyə çağırılmış və orada yazdığı izahatda borclu olduğunu etiraf etmişdir. 29-cu Polis bölməsindən göndərilən cavab məktubunda qeyd etdiyi xüsusatların mülki xarakterli olması və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ ona bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçıdan həmin məbləğdə pul vəsaiti almamışdır. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin X1 müraciətinin araşdırılmasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı oğlu Cavabdeh Rahim oğluna 12500 manat pul vermiş, lakin bugünədək müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. X2 ərizəsi ilə bağlı eyni məzmunlu izahat yazmışdır. Ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən məsələ mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər. İş materiallarında olan Cavabdeh Rahim oğlunun xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də verdiyi izahatında qeyd etmişdir ki, 12500 manat pulu ona bibisi verməyib, pulu ona bibisi oğlu Kamran verib. Pulu alanda Kamrana demişdir ki, 12500 manat pulu taxta vurmağa götürür, taxta satıldıqdan sonra xeyir qalsa pulu aralarında böləcək. Lakin 200000 ziyan etmişdir. Buna görə də Kamrana pulu qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iş görmək adı ilə İddiaçı 12500 manat pul almış, lakin daha sonra pulu geri qaytarmamışdır. Qeyd edilən fakt Cavabdeh Rahim oğlunun xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh Rahim oğlunun xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də verdiyi izahatı ilə müəyyən olunur ki, 12500 manat pulu ona bibisi verməyib, pulu ona bibisi oğlu Kamran verib. Pulu alanda Kamrana demişdir ki, 12500 manat pulu taxta vurmağa götürür, taxta satıldıqdan sonra xeyir qalsa pulu aralarında böləcək. Lakin 200000 ziyan etmişdir. Buna görə də, Kamrana pulu qaytara bilməmişdir. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 12500 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12500 (on iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş cəmi 142,50 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142,50 (bir yüz qırx iki manat əlli qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4814/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4814/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver