Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4836/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 2(004)-4836/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ 11 oktyabr 2021-ci il Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızına qarşı kreditin müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızına qarşı kreditin müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh aralında bağlanmış 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı kredit müqaviləsinə əsasən illik 24% faiz olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 10,000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Zamin1 arasında 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı, Bank ilə Zamin2 arasında 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19-02 saylı və Bank ilə Zamin3 Məscid qızı arasında 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_l787/K-19-01 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli fiduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı kredit müqaviləsinə əsasən 15 iyul 2021-ci il tarixinədək 7,019.24 manat əsas borc, 331.08 manat faiz borcu, 2.710.79 manat olmaqla, ümumilikdə 10,061.11 manat borcu vardır. Tərəflər arasında bağlanmış 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq "borcalan'' ödəniş qrafıkinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda illik 48 faiz ödəyir. 3.1.2-ci bəndə görə "Borcalan”ın əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Bank” borcun dərhal borcun qaytarılmasını tələb edə bilər. 3.1.5-ci bəndə görə “Bank” müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və “borcalan”ın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb edə bilər. 3.1.6-cı bəndə görə “Bank” kredit müqaviləsində müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin miqdarında “borcalan”ın kredit borcunu artıra bilər. 3.1.7-ci bəndə görə “Bank” “borcalan” tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün 14 noyabr 2019-cu il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı zaminlik müqaviləsinin 2.3-cü bəndinə görə “Borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “zamin” və “borcalan” “Bank” qarşısında birgə məsuliyyət daşıyır. 2.4-cü bəndə görə “borcalan”ın “Bank” qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Bank”a dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, “zamin” “Bank” qarşısında “borcalan” ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən TuranBank Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh arasında imzalanmış 14 noyabr 2019-ci il tarixli, ÖzƏl (1) F7_1787/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 7,019.24 manat əsas borc, 331.08 manat faiz borcu, 2,710.79 manat olmaqla, ümumilikdə 10,061.11 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh, zamin - Zamin1, zamin - Zamin2, zamin - Zamin3 Məscid qızı) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli “Özəl (1)” F7_1787/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edillməsi; həmin kredit müqaviləsi üzrə Cavabdehunun Banka olan 4645.07 manat əsas borc, 428.05 manat faiz borcu, 2710.79 manat cərimə borcu olmaqla, ümumilikdə 7783.91 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh, zaminlər - Zamin1, X2 və Zamin2) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızına məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron sms vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli, ÖzƏL (1) F7_1787/K-19 nömrəli kredit kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 24 % olmaqla 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər X6 ilə 14.11.2019-cu il tarixli, ÖzƏL (1) F7 1787/Z-19 saylı, Zamin2 ilə 14.11.2019-cu il tarixli, ÖzƏL (1) F7 1787/Z-19-02 saylı və Zamin3 Məscid qızı ilə isə 14.11.2019-cu il tarixli, ÖzƏL (1) F7 1787/Z-19-01 saylı zaminlik müqavilələri imzalanmışdır. Daha sonra 20.05.2020-ci il tarixdə əsas borclu və zaminlərlə kredit və zaminlik müqaviləsinə 1 saylı Əlavə (dəyişiklik) barədə razılıq əldə edilmiş və həmin razılığa əsasən qalıq borcunun 14.10.2020-ci il tarixədək güzəşt edilməsi, güzəşt müddətində yalnız faiz borcunun ödənilməsi, həmin tarix bitdikdən sonra həm əsas, həm də faiz borcunun ödəmilməsi üçün yeni ödəniş qrafikinin tərtib edilməsi razılaşdırılmışdır. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, əsas borc üzrə 4645.07 manat, faiz borcu üzrə 428.05 manat borcları yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan 2710.79 manat cərimə (dəbbə pulu) onun əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 300 manat məbləğədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin TuranBank Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli “Özəl (1)” F7_1787/K-19 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24.11.2019-cu il tarixli, “Özəl (1)” F7_1787/K-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızından birgə qaydada əsas borc üzrə 4645 (dörd min altı yüz qırx beş) manat 07 (yeddi) qəpik, faiz borcu üzrə 428 (dörd yüz iyirmi səkkiz) manat 05 (beş) qəpik, 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı»Turanbank» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 31 %-i, yəni 9 (doqquz) manat 0.30 (otuz) qəpiyi iddiaçıya aid edilməli, qalan 69 %-i, yəni 20 (iyirmi) manat 0.70 (yetmiş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızından birgə qaydada tutularaq İddiaçı ASCyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24.11.2019-cu il tarixli, “Özəl (1)” F7_1787/K-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızından birgə qaydada əsas borc üzrə 4645 (dörd min altı yüz qırx beş) manat 07 (yeddi) qəpik, faiz borcu üzrə 428 (dörd yüz iyirmi səkkiz) manat 05 (beş) qəpik, 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı»Turanbank» ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 31 %-i, yəni 9 (doqquz) manat 0.30 (otuz) qəpiyi iddiaçıya aid edilsin, qalan 69 %-i, yəni 20 (iyirmi) manat 0.70 (yetmiş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X6, Zamin2 və Zamin3 Məscid qızından birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4836/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4836/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver