Məhkəmə qərarları › İş №2(004)-4847/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4847/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4847/2020 03.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Zeynalov Nihad Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, maddi, işgüzar nüfuza dəymiş zərər və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh zamin olduğu kredit müqaviləsi üzrə 2275,05 manat məbləğində pulun, işgüzar nüfuza vurulmuş zərərə görə 5000 manat, mənəvi zərərə görə 2000 manat, aliment tələbi üzrə ödənilməmiş 20 manat dövlət rüsumunun, bank tərəfindən onun təqaüdündən 2019cu ilin fevral ayından hər ay tutulmaqda davam edən 5 manat, cəmi 80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2013-cü il tarixdə “xxxx” ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmuş və həmin müqavilənin təminatı kimi iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh sonradan götürdüyü krediti qaytarmadığı üçün bank məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(004)-4455/2015 nömrəli məhkəmə əmri ilə 8761 ABŞ dolları əsas, 1467 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, cəmi 10528 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun iddiaçı və cavabdehdən tutularaq “xxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. Həmin müddətdən borc məbləği ilə bağlı cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Nəhayət 2017-ci ilin avqust ayından həmin borc iddiaçının təqaüdünə yönəldilmiş və hər ay aldığı təqaüdün 50%-i cavabdehin borcunun ödənilməsinə yönəldilmişdir. Təqaüdü 728 manat təşkil edir. Həmin məbləğdən 358,35 qəpik tutulduqdan sonra qalan məbləğ onun ailəsinin yaşayış minimumunu belə ödəmir. O Nəsimi rayon Polis İdarəsində 21-ci PB-də məsul növbətçi vəzifəsində (mayor rütbəsi) işləmişdir. 2014-cü ildən borcun ödənilməsi ilə bağlı iş yerinə bank tərəfindən edilən müraciətlərə görə ona «xidmətə yararsız» cəzası verilmişdir. İddiaçı məcbur olub öz ərizəsi ilə işdən çıxmışdır. Həmin vaxtdan cavabdehin məsuliyyətsizliyi nəticəsində işindən olmuş, böyük sarsıntı keçirmiş, iş yerində nüfuzdan düşmüşdür. O, müharibə veteranıdır, üç yetkinlik yaşına çatmamış uşağı var, həyat yoldaşı evdar qadındır. Ailəsının dolanışıq yeri ancaq aldığı təqaüddür, özünün də kredit borcu vardır. Cavabdehin borcuna görə təqaüdündən tutmalar aparıldığı üçün öz borcunu da ödəyə bilməmişdir. Bundan əlavə təqaüdünün yarısı tutulduğundan üç uşaqdan ibarət ailəsini dolandıra bilməmiş və bu səbəbdən ailəsində mübahisələr yaranmışdır. Bunun nəticəsində arvadı ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1261/2019cu il tarixli qətnaməsi ilə ondan üç uşağının saxlanılması üçün 480 manat məbləğində alimentin tutulması və 20 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Ümumiyyətlə onun təqaüdündən bank xeyrinə 7525,35 manat tutulmuşdur. Həmin məbləğin 3816.90 manatı Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5676/2018-ci il tarixli qətnaməsi, 1433,40 manatı isə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(004)- 1457/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulması qərara alınmışdır. Qalan 2275.05 manat onun xeyrinə tutulmalıdır. Ondan aliment tələbi üzrə qətnamə ilə tutulmuş 20 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bank tərəfindən onun təqaüdündən 2019-cu ilin fevral ayından hər ay tutulmaqda davam edən 5 manat, cəmi 80 manat pul da cavabdehdən tutulmalıdır. Bundan başqa işgüzar nüfuzuna dəyən zərəri 5000 manat, cavabdehin təqsiri üzündən ona vurulmuş mənəvi zərəri 2000 manat qiymətləndirir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək iddiaçıdan zamin kimi onun əvəzinə bank tərəfindən tutulmuş borcdan qalan borcun ödənilməsinə etiraz etmədiyini, iddianın həmin hissədə təmin edilməsi, iddianın qalan hissəsinin isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(004)-5676/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(004)-4455/2015 nömrəli məhkəmə əmri ilə xx xxxxxx 2013-cü il tarixə olan məzənnə ilə 8761 ABŞ dolları əsas, 1467 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, cəmi 10528 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun cavabdehlər Zeynallov Azər Möhübbət oğlu, X1, Zeynalov Elnur Möhübbət oğlu və İddiaçı tutularaq “xxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. Eyni zamanda həmin qətnamədən müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh öhdəlikərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında üzərinə məhsuliyyət götürmüşdür. “xxxx” ASC-nin Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən tələb borclu İddiaçı pensiyasına yönəldilmişdir. AR DSMF Hərbi Qulluqçular və X3 ilə iş Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 3387 saylı arayışa əsasən, İddiaçı pensiyasından xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 358,35 manat pul vəsaiti “xxxx” ASC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF X2 İdarəsi tərəfindən verilmiş **********19 saylı xx.xx.2020-cü il tarixli arayışa əsasən İddiaçı pensiyasından “xxxx” ASC-nin hesabına cəmi 7525,35 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı cavabdehin əvəzinə banka ödədiyi pul vəsaitinin tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə həmin tələbin məbləği ilə razılaşmır. Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(004)- 5676/2018 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək olan müddət üçün iddiaçıdan bankın xeyrinə 5016,90 manat tutulmuş, ondan cavabdeh tərəfindən məhkəməyədək 1200 manat ödənildiyindən iddiaçı 3816,90 manat pul vəsaitinin tələbi ilə məhkəmə müraciət etmiş və həmin məbləği də məhkəmə əsaslı hesab edərək təmin etmişdir. Odur ki, cəmi bankın xeyrinə tutulmuş 7525.35 manat məbləğindən 1200 manat məhkəmədənkənar ödənilmiş məbləğ, Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5676/2018 saylı qətnaməsinə əsasən tutulmuş 3816,90 manat, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(004)-1457/2020 saylı qətnaməsi ilə tutulmuş 1433.40 manat çıxılaraq (7525,35 – (1200+3816.90+1433.40) qalan 1075,05 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin işgüzar nüfuza vurulmuş zərərə və mənəvi zərərə görə tələb olunan pul məbləğinin tutulması hissəsi üzrə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Artıq yuxarıda qeyd olunuduğu kimi iddiaçı xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlayarkən cavabdehin bank qarşısında öhdəliklərinin tam icra edilməyəcəyi təqdirdə məhsuliyyəti üzərinə götürmüş və bunun hüquqi nəticələrini bilmişdir. Odur ki, iddiaçının cavabdehin banka borcu vaxtında ödəməməsi nəticəsində onun pensiyasından borcun tutulması və bunun nəticəsində ona mənəvi zərər dəyməsinə dair dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cavabdehin hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş 5000 manat və mənəvi zərərə görə 2000 manat pul vəsaitinin tələbi hissələrində təmin edilə bilməz və rədd edilməlidir. Eyni əsaslarla da məhkəmə hesab edir ki, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan tutulmuş 20 manat dövlət rüsumunun əvəzinin tələbinə dair iddia da təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, 20 manat pul tələbi də təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci bəndinə əsasən, müharibə veteranları məhkəməyə verilən iddia ərizələrinə görə dövlət rüsumundan azad edilmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olaraq dövlət rüsumu ödəməkdən azad olduğundan, habelə iddia qismən təmin edildiyindən iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 3,60 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1075,05 ( min yetmiş beş manat beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 3,60 manat (üç manat altmış qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar