Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4847/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit məbləğində artırılaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi şəkildə nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Münasibətləri ilk başlarda yaxşı olsa da, bir müddət sonra münasibələri pozulmağa başladı. 2015-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbi ilə” bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 13 avqust 2015-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 149 saylı nikahları pozulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 himayəsi ona verilmiş və hər uşağın hər ay yetkinlik yaşına qədər saxlanılması üçün 108 manat, ümumilikdə 216 manat sabit aliment müəyyənləşdirilmişdir. Onu da qeyd edir ki, Cavabdeh Rusiya Federasiyasındadır və uşaqlara maddi yardım göstərmir. Hal-hazırda övladına baxmağa çətinlik çəkir, xərcləri artdığı üçün çatdıra bilmir və alimentin artırılması zərurəti yaranmışdır.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə ailə həyatı qurmuşdur. Yaşadıqları müddət ərzində onların 2 övladı olmuşdur. Aralarında olan münasibətlərin kəskinləşdiyinə görə onlar məhkəmə qaydasında ayrılmışlar. Bu günə qədər də o, ağciyər xəstəsi olmağına baxmayaraq heç bir yerdə işləməsinə baxmayaraq qismən də olsa, aliment pulunu ödəyir. Ancaq Bakı şəhəri Yasamal Rayon 4 saylı X9 Heyətinin göndərdiyi məktuba cavab olaraq bildirir ki, onun keçmiş həyat yoldaşı İddiaçı alimentin artırılması tələbinə dair etiraz edir. İstəmir ki, aliment artırılsın. Heç bir yerdə işləmir. Fərdi sahibkarlıqla məşğul olmur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Əvvəlki məhkəmə iclasına videozəng vasitəsilə qoşulan Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O əvvəl alimenti ödəyirdi, lakin hal-hazırda o, ağciyəri ilə bağlı xəstəlikdən əziyyət çəkir. Müalicə olunmaq üçün indi də Moskva şəhərinə gəlmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməsinə baxmayaraq, iddia ərizəsinə hər hansı etiraz və dəlillərini təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 2051/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə X7 arasında xx.xx.2009-cu il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 149 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir.
11. Gədəbəy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ 681263 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
12. Gədəbəy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli AZ-İİ 401984 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
13. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
15. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
17. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir..
19. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
20. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2051/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat aliment məbləğinin hazırki halda uşağın mənafeyinə uyğun olmadığından və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların üstün mənafeyi əsas götürülməklə iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 2051/2015 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla,cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2051/2015 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla,cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil