Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-485/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev X1 Elmir Nadir oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə 23.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 9950 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Abşeron rayonu Masazır qəsəbəsində onun xüsusi mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 19.03.2018-ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 0,017 ha torpaq sahəsi olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar əvvəllər tanımadığı 3-cü Yasamal küçəsi ev 77 mənzil 115- də qeydiyyatda olan və yaşayanlar X3 və Cavabdeh ilə 81000 manata razılaşıb həmin torpağı onlara satmaq qərarına gəlmişdir. Cavabdeh torpağın pulunun 68000 manatını alğı-satqı zamanı, 13000 min manatını isə kreditlə verəcəklərini bildirmişdir. O, cavabdehlə razılaşmış, alğı-satqı Abşeron rayon 1 saylı Notariat ofisində 17 sentyabr 2019-cu ildə aparılmış, 4Ə-2266 nömrəli reyestrdə qeydiyyata düşmüşdür. Alğı-satqı onunla X2 arasında aparılmış, 68000 manat pul ödənilmişdir. Qalan pulun ödənilməsi ilə əlaqədar 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 43 saylı Xüsusi Natariat ofisində onunla Cavabdeh arasında 13000 manat borc kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi 3M-2318 saylı reyestrdə qeydiyyata alınmışdır. Kredit müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh həmin 13000 manat borcu 20.09.2020-ci ilə qədər qaytarmalıdır. Cavabdeh həmin puldan 3050 manatı qaytarsa da qalan 9950 manatı qaytarmaq istəmir. Bununla əlaqədar olaraq o, 43 saylı Xüsusi Natariat Ofisinə 81- 8728 saylı ərizə ilə müraciət etdikdən sonra 43 saylı Xüsusi Natariat Ofisi tərəfindən 9950 manat pulun qaytarılması üçün Cavabdeh 1707 saylı, 19 noyabr 2020-ci il tarixli bildiriş məktubu göndərilmiş, məktubun göndərilməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. Bakı şəhəri 43 saylı Xüsusi Natariat Ofisi tərəfindən 1814 saylı, 27 dekabr 2020-ci il tarixdə kredit müqaviləsinin icrası üçün Yasamal rayonu 23 saylı Natariat Ofisinə məktub, 29 dekabr 2020-ci il tarixli 81- 8603 saylı reyestrlə “İcra Qeydi” göndərilsə də bu günə qədər Cavabdeh tərəfindən 9950 manat ona qaytarmamış, telefon zənglərinə cavab verməmiş, cavab verdikdə isə dəfələrlə onu aldatmışdır. Bu barədə telefon danışıqları vardır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul edir. İddiaçıya borcu vardır, lakin borcun gecikdirilməsinin səbəbi pandemiya ilə əlaqədar yaranan maddi vəziyyət olmuşdur. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 20.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Əliyev X1 Elmir Nadir oğluna 13000 manat məbləğində borc vermiş, Cavabdeh isə borcu 20.09.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat ofisinin 29.12.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 9950 manat məbləğin pulun İddiaçı xeyrinə tutulması təklif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 27.01.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarına əsasən Cavabdeh İddiaçı xeyrinə pulun tutulması ilə bağlı icra sənədi Bakı şəhəri 23 saylı Notariat Kontoruna qaytarılmışdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 13000 manat borc verilməsi ilə bağlı yazılı müqavilə bağlanmışdır. Hazırda iddiaçı cavabdehin borca 3050 manat ödəniş etdiyini bildirərək 9950 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh 20.09.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu tam qaytarmamış, öhdəliyini pozmuşdur. Lakin iddiaçı cavabdehin borca 3050 manat ödəniş etdiyini bildirmişdir. Cavabdeh isə iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 9950 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-485/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-485/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver