Məhkəmə qərarları › İş №2(004)-4851/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4851/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4851/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” QSC BOKT-nın Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC BOKT Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2.182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” QSC BOKT-nın nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S‑AVK-1845 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 20%-lə 24 ay müddətinə 5.200 manat kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh ayrılmış kredit məbləğini şəxsən almışdır. Kredit müqaviləsinin təminatı olaraqxx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VAZ-21074” markalı 90HG 587 dövlət qeydiyyat nişanlı avtomobilini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-427/2019 nömrəli qətnaməsi ilə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 33426 nömrəli rəyinə əsaslanaraq Cavabdeh iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə kredit müqaviləsi başa çatanadək 5.200 manat əsas borc və 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilmişdir, lakin cavabdehməhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiarədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S‑AVK-1845 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSC-yə verilmişdir. xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC borcalan Cavabdeh illik 20%-lə 24 ay müddətinə 5.200 manat kredit vermişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh ayrılmış kredit məbləğini şəxsən almışdır. Kredit müqaviləsinin təminatı olaraqxx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VAZ-21074” markalı 90HG 587 dövlət qeydiyyat nişanlı avtomobilini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-427/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 320/11 nömrəli kredit müqaviləsi ləğv edilmiş, xx.xx.2011-ci il tarixli 320/11 nömrəli kredit müqaviləsi üzrə 5.200 manat əsas, 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin Cavabdeh mülkiyyətində olan “VAZ-21074” markalı 90HG 587 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması, vəsait tələbin ödənilməsinə kifayət etmədiyi təqdirdə isə qalan məbləğindən ümumi qaydada Cavabdeh tutulması qət edilmiş, iddiatələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 33426 nömrəli rəyinə əsaslanaraq Cavabdeh 5.200 manat əsas borc və 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat pul tutulmasını qət etmişdir. xx.xx.2011-ci il tarixli müqavilənin müddəti xx.xx.2013-cü il tarixdə sona çatmasına baxmayaraq, ekspertizanıni rəyində xx.xx.2011-ci il tarixli müqavilə üzrə borcun 5.200 manat əsas borc və 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat borcun xx.xx.2018-ci il tarixə hesablandığı göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, xx.xx.2011-ci il tarixli müqavilənin müddətinin bitməsindən sonra 5 ilə yaxın müddət üçün pul vəsaiti məhkəmənin qətnaməsi ilə iddiaçının xeyrinə tutulmuş və tərəflər arasında bağlanan müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehə ləğv edilmiş xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-427/2019 nömrəli qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edildiyinə görə iddiaçı cavabdehə ləğv edilmiş xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablamaqda haqlı deyildir. Çünki, verilmiş borc yaxşı təmin edilmiş ipoteka müqaviləsi üzrə öhdəliklə təminatlandırılmış və tutulan borc avtomobilə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC BOKT-nın Cavabdeh qarşı “Cavabdeh 2.182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” QSC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar