Məhkəmə qərarları › İş №2(004)-486/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-486/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-486/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 4672,39 ABŞ dolları əsas borc və 1321,46 ABŞ dolları fazi borcu olmaqla, cəmi 5993,85 ABŞ dolları (ödəniş gününə manatın məzənnəsi ilə) pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1071/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər- İddiaçı və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbiinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 4672, 39 ABŞ dolları əsas borc və 1321,46 ABŞ dolları faiz borcu, cəmi 5993,85 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitini iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq onun tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(105)-2228/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə "Yelobank” (əvvəlki adı "xxxx" İKB ASC”) ASC-nin əməkdaşları X13 və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313cü maddələri ilə təqsirləndirilərək onlara müvafiq cəzalar təyin edilmiş və həmin işdə o, zərərçəkmiş şəxslərdən biri kimi müəyyən edilmiş, ona məhkəmədə mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. O da bu hüququndan istifadə edərək, ondan tutulmalı olan 4672, 39 ABŞ dolları əsas borc və 1321,46 ABŞ dolları faiz borcu, cəmi 5993,85 ABŞ dollarının "Yelobank” ASC-nin əməkdaşları X4 və qeyrilərinin təqsirindən yarandığı müəyyən edildiyindən və həmin əməkdaşlar məhz -"Yelobank” ASC-nin əməkdaşları olduğundan müvafiq məbləğin -"Yelobank” ASC-dən tutulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinə imzalatmaqla, xəbər verilsə də, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddia tələbininin əsassız olduğunu bildirmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21.02.2017-ci il tarixli 2(060)- 1071/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbiinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 4672, 39 ABŞ dolları əsas borc və 1321,46 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5993,85 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(105)- 2228/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 21.02.2017-ci il tarixli 2(060)-1071/2017 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan “zərərkəşmiş şəxs qismində tanınma haqqında” 17 mart 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və qanuni qüvvəsini almamış Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 nömrəli hökmünə əsasən, X13 AR Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.2, 313-cü maddələrində, X7 AR Cinayət Məcəlləsinin 178.3.2, 32.5,179.3.2, 32.5,311.3.2-ci maddələrində, X8 AR Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2, 313-cü maddələrində, X9 AR Cinayət X15 AR Cinayət Məcəlləsinin 313-cü maddəsində, X14 AR Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində, X10, X11, X12 AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində, X6 AR Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində, X19 AR Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.3 və 313-cü maddələrində və X16 AR Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinərək müvafiq cəzalar təyin edilmişdir. Cavabdeh ASC cinayət işi üzrə zərərçəkmiş (mülki iddiaçı) qismində tanınmış, Cavabdeh ASC-nin mülki cavabdehlərə qarşı mülki iddiası qismən təmin edilmişdir. Digər zərəçəkmişlər isə təqsirləndirilən şəxslərə qarşı mülki iddia irəli sürmədiklərindən onlara təqsirləndirilən şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələblə bağlı Cavabdeh ASC iddiaya cavab verməli şəxs deyil. Belə ki, Cavabdeh ASC cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində tanınmışdır və keçmiş əməkdaşlarının cinayət məsuliyyəti yaradan əməli üçün cavabdehlik daşımır. İddiaçı isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır və onun cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında iddia irəli sürmək hüququ vardır. Odur ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa, məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (Mülki Məcəllənin 377.1-ci maddəsi). İddiaçı ilə Cavabdeh ASC arasında müqavilə münasibətləri mövcud olmuş olsa da, hazırkı iddia tələbinin əsasını məhkəmə qətnaməsinə əsasən ondan tutulmalı olan borcun Cavabdeh ASC-nin əməkdaşlarının təqsiri nəticəsində yaranmasının sübuta yetirilməsi təşkil edir. İddiaçı Cavabdeh ASC-nin keçmiş əməkdaşları tərəfindən hüququnun pozulmasını isə “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 14 mart 2019-cu il tarixli qərarı ilə bilmişdir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 122 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar