Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4869/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə tutulmuş borcun zamindən də tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə tutulmuş borcun zamindən də tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4, X1 və X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9150/2017 nömrəli qətnaməsi ilə müştərək qaydada tutulmuş 4.410 ABŞ dolları əsas borc və 1.752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.162,2 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, həmçinin zamin Cavabdeh da İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı “xxxxxx” İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X9 xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB X8 illik 22% olmaqla 24 ay müddətinə 12.730 ABŞ dolları kredit vermişdir. Müqavilənin təminatı kimi “xxxxxx” İKB ilə onunla və digər zaminlər X5 və X6 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən borcun tutulması tələbi ilə iddiaçı məhkəməyə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9150/2017 nömrəli qətnaməsi ilə cavabdehlər X4, X1 və X2 müştərək qaydada 4.410 ABŞ dolları əsas borc və 1.752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.162,2 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Onunla bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı ona qarşı iddia qaldırmamış, müqavilənin müddəti bitəndən 4 il sonra məhkəmədə iddia qaldırmışdır. Öhdəliyin icrası kimi bağlanmış zaminlik müqaviləsinin müddəti bitdiyindən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun ondan tutulması tələbi əsasızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB borcalan X8 illik 22% olmaqla 24 ay müddətinə 12.730 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxxxx” İKB ilə zamin Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-5988/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxx” İKB-nin cavabdehlər X10, X5 və X3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X10, X5 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.410 ABŞ dolları əsas borc, 3.776 ABŞ dolları faiz borcu, cəmi 8.186 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı “xxxxxx” İKB-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 9150/2017 nömrəli qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi “cavabdehlər X10, X5 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 3.776 ABŞ dolları faiz borcunun (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxxxx” İKB-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, cavabdehlər X10, X5 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 1.752,2 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxxxx” İKB-nin xeyrinə tutulması qət edilmiş, qətnamə cavabdeh X8 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu X10 və digər cavabdehlərdən tutulmalıdır. Çünki, bununla bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9150/2017 nömrəli qətnaməsi mövcuddur. Kreditor “xxxxxx” İKB ilə zamin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatdığına görə, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh zaminliyinə xitam verilməlidir. Hazırda zamin Cavabdeh məhkəmə qətnamələri ilə borcalan və digər zaminlərdən tutulmuş borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi rədd edilməli, kreditor “xxxxxx” İKB ASC (indiki İddiaçı ASC) ilə borclu X10 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh zaminliyinə xitam verillməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “X4, X1 və X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9150/2017 nömrəli qətnaməsi ilə müştərək qaydada tutulmuş 4410 ABŞ dolları əsas borc və 1752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6162,2 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, həmçinin zamin Cavabdeh da İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Kreditor “xxxxxx” İKB ASC (indiki İddiaçı ASC) ilə borclu X10 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 23-M-1-0-7-14 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh zaminliyinə xitam verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4869/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4869/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver