Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-487/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia tələbi ilə 23.11.2021-ci il tarixdə məkhəməyə müraciət edərək Cavabdeh ASC-dən 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4475,49 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları qırx doqquz sent) ABŞ dolları əsas, 1627,88 (bir min altı yüz iyirmi yeddi ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları faiz borcu, 42,97 (qırx iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC 23.12.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək hazırki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-254/2018 saylı, 25.04.2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2017-ci il tarixli, 2(060)-6531/2017 saylı qətnaməsindən onun tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilmiş, iş üzrə cavabdehlər İddiaçı və X1 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 25.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4475,49 ABŞ dolları əsas, 1627,88 ABŞ dolları faiz borcu və 42,97 ABŞ dolları cərimə borcunun tutulması qət edilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30.03.2021-ci il tarixli hökmünə əsasən X6 və digərləri AR Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilərək müvafiq cəzalar təyin edilmişdir. Həmçinin məhkəmədə ona mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ondan tutulan borc "xxxx" ASC-nin əməkdaşları X6 və qeyrilərinin təqsirinə görə yarandığı müəyyən edildiyindən müvafiq məbləğin "xxxx" ASC-dən tutulmalıdır. Suala cavab olaraq bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsini qətnaməsinə əsasən ondan tutulan pulu banka ödəməmişdir. O, bankdan pul götürmüş və həmin vaxt da pulu Ruslana vermişdir. Pulun əvəzində ona maşın verilmiş, iki ay sonra isə əlindən alınmışdır. O, maşına qoyduğu pulu tələb edir. İddia ərizəsindəki imza ona məxsusdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddia əsassızdır. Ruslan və digər şəxslərin əməllərindən zərər çəkən məhz bank özüdür. Həmin şəxslərdən bank özü şikayət vermişdir. İddiaçının istinad etdiyi 30.03.2021-ci il tarixli hökm qanuni qüvvəsini almamış, hazırda apelyasiya instansiyasındadır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 254/2018 saylı, 25.04.2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2017-ci il tarixli, 2(060)-6531/2017 saylı qətnaməsi dəyişdirilərək iş üzrə cavabdehlər İddiaçı və X1 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 25.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4475,49 ABŞ dolları əsas, 1627,88 ABŞ dolları faiz borcu və 42,97 ABŞ dolları cərimə borcunun (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) tutulması qət edilmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almamış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30.03.2021-ci il tarixli hökmünə əsasən X6 AR Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.2, 313-cü maddələrində, X4 AR Cinayət Məcəlləsinin 178.3.2, 32.5,179.3.2, 32.5,311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. İddiaçı X6 və X2 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Hazırda İddiaçı Cavabdeh ASC-yə qarşı iddia qaldıraraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-254/2018 saylı, 25.04.2018-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan pulu Cavabdeh ASC-dən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-254/2018 saylı, 25.04.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən İddiaçı və X1 müştərək qaydada “25.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4475,49 ABŞ dolları əsas, 1627,88 ABŞ dolları faiz borcu və 42,97 ABŞ dolları cərimə borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) Nikoyl” İKB ASC-nin xeyrinə tutulmuşdur. Həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-dən 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4475,49 ABŞ dolları əsas, 1627,88 ABŞ dolları faiz borcu, 42,97 ABŞ dolları cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-dən 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4475,49 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları qırx doqquz sent) ABŞ dolları əsas, 1627,88 (bir min altı yüz iyirmi yeddi ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları faiz borcu, 42,97 (qırx iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-487/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-487/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver