Məhkəmə qərarları › İş №2(004)-489/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-489/2019

07.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-489/2019 07.01.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Namazova Günel Vladimir qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2707 manat məbləğində əsas borc, 2665 manat məbləğində faiz borcu, ümumilikdə, 5372 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 12 (on iki) manat notariat xərcinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Monolit” filialı ilə Cavabdeh2 arasında bağlanılmış 11.12.2014-ci il tarixli, 250 MFFK N:li «Kredit müqaviləsi»nə əsasən, şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə, 3740 (üç min yeddi yüz qırx) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddəti bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4-cü bəndinə əsasən «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 24 (iyirmi dörd) % faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan" tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh2 ilə oğlu ilə bank arasında bağlanmış 11.12.2014-cü il tarixli, 250 MFFK N:li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh1 ilə 11.12.2014-ci il tarixdə "Zaminlik” müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin banka 08.10.2018-ci il tarixə 2707 manat məbləğində əsas borc, 2665 manat məbləğində faiz borcu, ümumilikdə 5372 manat məbləğində kredit borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Proses gedişatında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdelər Cavabdeh2 və Cavabdeh1 11.12.2014-cü il tarixli, 250 MFFK saylı «Kredit müqaviləsi»nə əsasən, 11.12.2017-ci il tarixə olan 2.707 (iki min yeddi yüz yeddi) manat əsas borc, 1.596,76 (bir min beş yüz doxsan altı manat yetmiş altı qəpik) manat faiz borcu,11.12.2017-ci il tarixdən 03.12.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 134,61 (bir yüz otuz dörd manat altmış bir qəpik) manat faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq, tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 12 (on iki) manat notariat xərcinin, ümumilikdə 4.479,96 (dörd min dörd yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat pul məbləğinin tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi Ruslan İsmayılov iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 470.1, 472.1-472.3-cü, 741-ci maddələrini rəhbər tutaraq, müəyyən etdi ki, İddiaçı ASC-nin “Monolit” filialı ilə Cavabdeh2 arasında bağlanılmış 11.12.2014-ci il tarixli, 250 MFFK N:li «Kredit müqaviləsi»nə əsasən bank tərəfindən kredit alana şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə 3740 (üç min yeddi yüz qırx) manat məbləğində kredit verilmişdir. Habelə, Kredit müqaviləsinin təminatı olaraq, bankla digər Cavabdeh1 arasında bağlanmış eyni tarixli Zaminlik müqaviləsinə əsasən digər cavabdeh zamin olaraq, kredit alanın öhdəliklərinin yerinə yetirilməsi üçün bank qarşısında kredit alanla birgə məsuliyyəti üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, iş materiallarında olan 03 dekabr 2018ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 11 dekabr 2017-ci il tarixinə banka olan əsas borcu 2707 manat, 1596,76 manat məbləğində faiz borcu, 11.12.2017-ci il tarixdən 03.12.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 134,61 (bir yüz otuz dörd manat altmış bir qəpik) manat, ümumilikdə 4438,37 manat (dörd min dörd yüz otuz səkkiz manat 37 qəpik) manat təşkil edir. Göründüyü kimi, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Habelə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirlmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olduğu halda, iddia tələbi təmin edilməli, 11.12.2014-ci il tarixli, 250 MFFK N:li «Kredit müqaviləsi» ləğv edilməklə, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2.707 (iki min yeddi yüz yeddi) manat əsas borc, 1.596,76 (bir min beş yüz doxsan altı manat yetmiş altı qəpik) manat faiz borcu,11.12.2017-ci il tarixdən 03.12.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 134,61 manat (bir yüz otuz dörd manat altmış bir qəpik) faiz borcunun, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 12 (on iki) manat notariat xərci olmaqla, ümumilikdə 4479,96 manat (dörd min dörd yüz yetimiş doqquz manat 96 qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia tələbi təmin edilsin. 11.12.2014-ci il tarixli, 250 MFFK saylı “Kredit müqaviləsi” ləğv edilsin. 11.12.2014-ci il tarixli, 250 MFFK saylı “Kredit müqaviləsi” üzrə 2.707 (iki min yeddi yüz yeddi) manat əsas borc, 1.596,76 (bir min beş yüz doxsan altı manat yetmiş altı qəpik) manat faiz borcu,11.12.2017-ci il tarixdən 03.12.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 134,61 (bir yüz otuz dörd manat altmış bir qəpik) manat faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 12 (on iki) manat notariat xərci olmaqla, ümumilikdə 4479,96 manat (dörd min dörd yüz yetimiş doqquz manat 96 qəpik) məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar