Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4890/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 28%-lə götürülmüş 20.000 ABŞ dolları borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 28%-lə 20.000 ABŞ dolları borc almışdır. Borcun ödənilməsinin təminatı kimi Cavabdeh BOKT ASC ilə onun arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. O, krediti vaxtında ödəyə bilməmişdir. Hazırda 10.000 ABŞ dolları borcu qalsa da, cavabdeh bildirir ki, güya onun 45.000 ABŞ dolları borcu qalmışdır. Hesab edir ki, cavabdehin bu tələbi qanunsuz və əsassızdır. Onun borcu məhkəmə qaydasında yenidən hesablanmalı və artıq hesablanan borc slinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, xx.xx.2023 ildə saat 12:30 təyin edilmiş məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı vəsatətinə baxaraq təmin edilməsini xahiş etmişdir. Hesab etmişdir ki, kredit borcunun hüsablanması zamanı neqativ kənarlaşmalar var, bunu məhkəməyə elektron sistemə təqdim etdiyi icra vərəqəsi də göstərir, burcun hesablanması və düzgün müəyyən edilməsi üçün bu sahədə xüsusi bilgisi olan şəxslərin rəyinə ehtiyac olması qənaətindədir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6 və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı Cavabdeh BOKT ASC cavabdeh İddiaçı qarşı “xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-cı ildə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış 19.353,72 ABŞ dolları əsas borcun, 6.280,34 ABŞ dolları faiz borcu, 6160 ABŞ dolları cərimə olmaqla, cəmi 31.794,06 ABŞ dolları borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 64 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə edilən vəsait hesabına 19.353,72 ABŞ dolları əsas borcun, 6.280,34 ABŞ dolları faiz borcu, 6160 ABŞ dolları cərimə olmaqla, cəmi 31.794,06 ABŞ dolları borcun və ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi, İddiaçı əşyaları ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 64 saylı evin 19 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə 19.353,72 ABŞ dolları əsas borc, 8.432,06 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 27.985,78 ABŞ dolları kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində həmçinin 31 manat dövlət rüsumunun tutulması, tələbin İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 64 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödəniləndən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan ən gec bir ay ərzində cavabdeh İddiaçı həmin yaşayış sahəsini tərk etməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1670/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 4253/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1670/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı və Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği müəyyən edilmişdir, yəni əsas borc 19.353,72 ABŞ dolları, hesablanmış faiz borcu 8.432,06 ABŞ dolları, cərimə 200 ABŞ dolları olmaqla, cəmi 27.985,78 ABŞ dolları borc müəyyən edilmişdir. Həmin borcun İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəməsi mövcuddur. Qətnamə ilə müəyyən edilmiş borcun məbləği İddiaçı və digər şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00083-01 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 28%-lə götürülmüş 20.000 ABŞ dolları borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4890/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4890/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver