Məhkəmə qərarları › İş №2(004)-4894/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4894/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4894/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, AAAF-İnşaat MMC-nə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı AAAF-İnşaat MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx"-na qarşı “borc müqabilində mənzilə dair hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Məmmədova (Ünal) Zahidə Ramiz qızı, Cavabdeh1 və AAAF-İnşaat MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova (Ünal) Zahidə Ramiz qızı, Cavabdeh1 və AAAF-İnşaat MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 8552 nömrəli 24.06.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən 08.06.2021-ci il tarixinə əsas borc üzrə 17742.56 manat, faiz borcu üzrə 236.88 manat, cəmi 17979.44 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqınnın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh AAAF-İnşaat MMC iddiaçı "xxxx" ASC-yə qarşı “borc müqabilində mənzilə dair hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 24.06.2014-cü il tarixli 8552 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 17742.56 (on yeddi min yeddi yüz qırx iki manat əlli altı qəpik) manat borcun müqabilində 24.06.2014-cü il tarixli 8552 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən bina 4, ümumi sahəsi 49.7 kv.m ibarət 1 otaqlı 39 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən bina 4, ümumi sahəsi 49.7 kv.m ibarət 1 otaqlı 39 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 16.01.2015-ci il tarixli 1288 nömrəli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən dəftərxana vasitəsilə ərizə təqdim edərək, ilkin iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilk iddia üzrə cavabdehlər Məmmədova (Ünal) Zahidə Ramiz qızı, Cavabdeh1 və AAAF-İnşaat MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “borc müqabilində mənzilə dair hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 155.3 maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilk iddia üzrə cavabdehlər Məmmədova (Ünal) Zahidə Ramiz qızı, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı “AAAF-İnşaat MMCnin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “borc müqabilində mənzilə dair hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar