Məhkəmə qərarları › İş №2(004)-490/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-490/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-490/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X3 qızının katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 3 saylı alqı-satqı müqaviləsinə əsasən 1600 manat əsas borcun və 1008 manat cərimənin, xx xxxxxx 2016cı il tarixli 2 saylı alqı-satqı müqaviləsinə əsasən 3980 manat əsas borcun və 2340 manat cərimənin, xx xxxxxxxx 2016-cı il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 27630 manat əsas borcun və 13815 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50403 (əlli min dörd yüz üç) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cinayət işinin açılması üçün 4 müqavilə üzrə ərizə veriblər. İddia ərizəsinə isə 4-cü müqaviləni daxil etməyiblər. Cavabdeh ona bir müqavilə üzrə 10000 manat bir dəfə, 2500 manat da bir dəfə ödəniş edib. Bir müqavilə üzrə borc bağlanmış hesab olunur. Digər üç müqavilə üzrə isə borc bağlanmamış, vaxtı keçmiş hesab olunur. Cinayət işində bu öz əksini tapmışdır. Orada ümumi məbləğ də göstərilib. 10000 manat Bakı Şəhər Baş Polis İdarəsində iddiaçıya təqdim olunub. 2500 manat onun şəxsi hesabına köçürülüb. 10000 manat birdəfəlik, 2500 manat isə hər dəfəyə 500 manat olmaqla 5 dəfəyə ödənilib. O müqavilə üzrə ödənişlər olunduğu üçün iddia qalan üç müqavilə üzrə verilmişdir. Müstəntiq Orxan müəllimin dövründə ididaçıya ödəniş olmayıb. Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi qəbzdəki imza və xətt iddiaçıya aiddir. Qızılları o verməyib, yoldaşını aldadaraq göstərmək adı ilə 18 adda qızılı 2 nəfərin şahidliyi ilə aparıb. Başqa şəxslərin qızıllarını da mənimsəyib. Araşdırma zamanı müstəntiqin aldığı izahatlardan müəyyən olunub ki, ümumi borc 45390 manatdır. Onda 32890 manat ödənilməmiş qalıb. Ödənilən məbləğləri çıxılmışdır. 2400 manat ödəniş olunduğunu da təsdiq edir və ümumi məbləğdən çıxılmasına razıdır. Üç müqavilə üzrə 1600 manat, 3980 manat, 27630 manat borc var. 45390 manat dörd müqavilə üzrə olan məbləğdir. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, mülki işdə olan müqavilələr üzrə ödəniş olunmayıb. Qəbzdə göstərilən 2400 manat pul həbssiz istintaq aparılması ilə bağlı ödənilib. Hansı müqavilə üzrə olduğu yazılmayıb. Tərəflər arasındakı borc münasibətləri bunlarla yekunlaşmır. Məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı 5 dəfə 500 manat ödənildiyini deyir, amma cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlərdən görünür ki, bir neçə dəfə 300 manat, 500 manat məbləğində ödənişlər olub. Müqavilə üzrə 12500 manat yox, 12600 manat ödəniş olub. İstintaq araşdırması dövründə pul hissə-hissə ödənilib. İddiaçı qəbz imzalayaraq 2400 manat ödəniş olunduğunu təsdiq edir. Cavabdeh araşdırma zamanı bütün götürdüklərini etiraf edib. Ödənilmiş məbləğlər ümumi məbləğdən çıxılmalıdır. İş materiallarında olan xx xxx 2016-cı il tarixli 3 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh dəyəri 2800 manat olan qızıl dəsti verməyi, cavabdeh isə 10 ay müddətinə hissə-hissə 2800 manatı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 2800 manatdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cı il tarixdə hər ay 300 manat olmaqla ödəniş etmiş və 1600 manat borcu qalmışdır. İş materiallarında olan müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən Cavabdeh 1008 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 2 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 4680 manat olan qızıl əşyalarını Cavabdeh verməyi öhdəsinə götürmüş, Cavabdeh isə həmin məbləği 16 ay müddətinə hissə-hissə (aylıq 293 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə 400 manat, xx.xx.2016-cı il tarixdə 300 manat ödəniş etmiş və onun 3980 manat borcu qalmışdır. İş materiallarında olan müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən Cavabdeh 2450 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 25630 manat olan qızıl əşyalarını Cavabdeh verməyi öhdəsinə götürmüş, Cavabdeh isə həmin məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 25630 manat pulu hər ay 1424 manat olmaqla 18 ay müddətinə ödəməlidir və onun həmin müqavilə üzrə 25630 manat borcu var. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh ödədiyi 2400 manat pulu müstəntiq Orxan Səmədovdan qəbul etmiş və cavabdeh barəsində həbssiz istintaq aparılmasına etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Beynəlxalq Bankına məxsus mədaxil qəbzindən görünür ki, Əfəndiyeva Elmira tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 500 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Beynəlxalq Bankına məxsus mədaxil qəbzindən görünür ki, Əfəndiyeva Elmira tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 300 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Beynəlxalq Bankına məxsus mədaxil qəbzindən görünür ki, Əfəndiyeva Elmira tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 300 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli YapıKredi Bank Azərbaycana məxsus qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 500 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli YapıKredi Bank Azərbaycana məxsus qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 500 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli YapıKredi Bank Azərbaycana məxsus qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus hesab nömrəsinə 500 manat pul köçürülmüşdür. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, cavabdeh tərəf isə xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə 1600 manat, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsi ilə 3980 manat, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə 25630 manat, cəmi 31210 manat borcunu qaytarmamışdır. Həmçinin iddiaçı 2400 manat ödənişin də borcdan çıxılmasını məhkəmə iclasında qəbul etmişdir. Həmçinin iş üzrə təqdim edilmiş qəbzlərdən görünür ki, 10000 manatdan əlavə cavabdeh iddiaçıya 2500 manat deyil, 2600 manat ödəniş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 28710 manat əsas borc və 200 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə 17163 manat dəyərində cərimə borcunu əsas borca münasibətdə mütənasib hesab etmir,azaldılaraq 200 manat dəyərində tutulmasını məqsədə uyğun hesab edir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28.710 (iyirmi səkkiz min yeddi yüz on) manat əsas, 200 (iki yüz) manat cərimə və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar