Məhkəmə qərarları › İş №2(004)-4901/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4901/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4901/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə 2820,96 (iki min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat əsas və 10,71 (on manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2831,67 (iki min səkkiz yüz otuz bir manat altmış yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2831,52 (iki min səkkiz yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 iyul 2021ci il tarixinə "xxxx" X2 Səhmdar Cəmiyyətinə 2820,96 (iki min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat əsas və 10,71 (on manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2831,67 (iki min səkkiz yüz otuz bir manat altmış yeddi qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" X2 Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə ərizə daxil olaraq, iddia ərizəsinə nümayəndənin iştirakı olmadan baxılaraq, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3070rstDNG/19 nömrəli, 18 noyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinin məzmunundan görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2831,52 (iki min səkkiz yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 3070rstDNG/19 nömrəli, 18 noyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh müvafiq müqavilə üzrə 60 ay ərzində ayda 61 (altmış bir) manat (sonuncu ay 21,95 (iyirmi bir manat doxsan beş qəpik) manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" X2 Səhmdar Cəmiyyəti arasında bağlanmış 3070rstDNG/19 nömrəli, 18 noyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən, cavabdehin "xxxx" X2 Səhmdar Cəmiyyətinə 2820,96 (iki min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat əsas və 10,71 (on manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2831,67 (iki min səkkiz yüz otuz bir manat altmış yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 25 may 2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit və faiz borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 3070rstDNG/19 nömrəli, 18 noyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrıayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh əsas borc üzrə 2820,96 (iki min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat və 10,71 (on manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2831,67 (iki min səkkiz yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2820,96 (iki min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat əsas borc, 10,71 (on manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2831,67 (iki min səkkiz yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar