Məhkəmə qərarları › İş №2(004)-4906/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4906/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4906/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “güzəştli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “güzəştli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 07.10.2019-cu il tarixli 3085rstBANK/19 nömrəli güzəştli kredit və bank hesab müqaviləsi üzrə yaranmış 2.072,05 manat əsas borc, 20,73 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.122,05 manat pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Unibank” KB ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 07.10.2019-cu il tarixli güzəştli kredit və bank hesab müqaviləsinə əsasən "xxxx" KB ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün illik 1% ödəmək şərtilə 60 ay müddətinə 2.075,50 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2.072,05 manat əsas borc, 20,73 manat faiz borcu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin bina söküldüyünə görə bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1006 nömrəli Poçt şöbəsi tərəfindən zərfin üzərində “bina sökülüb” qeydi yazılmaqla, bildiriş məhkəməyə qaytarılmiışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 07.10.2019-cu il tarixli 3085rstBANK/19 nömrəli güzəştli kredit və bank hesab müqaviləsinə əsasən "xxxx" KB ASC borcalan Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2.075,50 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında güzəştli kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımı qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. "xxxx" KB ASC-nin 08.07.2021-ci il tarixli arayışından görünür ki, cavabdehin 07.10.2019-cu il tarixli müqavilə üzrə 2.072,05 manat əsas borc, 20,73 manat faiz borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 07.10.2019-cu il tarixli güzəştli kredit və bank hesab müqaviləsi üzrə yaranmış 2.072,05 manat əsas borc, 20,73 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.122,05 manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07.10.2019-cu il tarixli 3085rstBANK/19 nömrəli güzəştli kredit və bank hesab müqaviləsi üzrə yaranmış 2.072,05 manat əsas borc, 20,73 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.122,05 (iki min yüz iyirmi iki manat beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar