Məhkəmə qərarları › İş №2(004)-4906/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4906/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4906/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının nümayəndəsi X7, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının Cavabdeh qarşı alımentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 oktyabr 2016~cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 29 sentyabr 2017-ci il təvəlliidlü X6 adlı qızı anadan olmuşdur. Cavabdeh bir neçə il birgə yaşadıqdan sonra, onu məhkəməyə verərək, aralarında olan nikahın pozulmasına dair iddia tələbi irəli sürmüş, bu zaman o da, ona qarşı qarşılıqlı iddia tələbi irəli sürərək, uşağın ananın yanında saxlanması və 29 sentyabr 2017-ci iltəvəlliidlü X1 üçün alimentin sabit pul məbləğində 160 manat, 2 yaşı tamam olanədək 100 manat məbləğində tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə işə baxılmış, ilkin iddia tələbi təmin edilərək, aralarında olan 14 oktyabr 2016-cı il tarixdə 2 saylı «Bakı ASAN» xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4252 Nq ilə qeydə alınmış nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, 29 sentyabr 2017-ci iltəvəllüdlü X6 anası X3 yanında saxlanılmış, 27 dekabr 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2017-ci iltəvəllüdlü X2 yetkinlik yaşına çatına qədər saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi və 27 dekabr 2018-ci il tarixdən başlayaraq, X2 2 yaşı tamam olana qədər Cavabdeh hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Xüsusən qeyd etmək istəyir ki, hal-hazırda azyaşlı uşağı onunla qalır və hesab edir ki, bu günkü bahaçılıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat aliment çox az olduğundan alimentin artırılmasına dair əvvəlcə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, o ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müraciət etmişdir. Orada onun müraciətinə əsasən mediator təyin edilmiş, mediatora onun tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmiş, MSB-5-00992 nömrəli, xx.xx.2022-ci tarixli Bakı 5 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 29 sentyabr 2017-ci il təvəlliidlü X1 üçün bir uşağa görə, sabit pul məbləğində 160 (yüz altmış) manat olan alimentin miqdarı 33 (otuz üç) manat artırılaraq, 193 (yüz doxsan üç) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə çəkdiyi xərcə görə, Bakı 5 saylı Mediyasiya Təşkilatı 50 (əlli) manat Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arsında olan nikah 2019-cu il tarixdə pozulmuş və uşağın saxlanılması üçün 160 manat məbləğində aliment tutulmuşdur. Sonradan alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh ümumiyyətlə alimenti vaxtlı-vaxtında ödəmir. Demək olarki, bir ay ödəyir iki ay ödəniş etmir. Bildiyi qədər cavabdeh hazırda heç bir yerdə işləmir və mütəmadi gəliri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirdi ki, uşaqları saxlamaq hər iki valideynin öhdəliyidir. Belə ki, onlar tərəfindən uşağın saxlanılması üçün 160 manat məbləğində aliment ödənilir. Yerdə qalan 33 manatı da, hesab edir ki, anası qarşılamalıdır. Belə ki, onun oğlu heç bir yerdə işləmir və mütəmadi gəlirə malik deyildir. Lakin iddiaçı isə xidməti müqavilə əsasında işləyir və qazancı yaxşıdır. Bundan başqa bildirir ki, o şəhid ailəsidir və yoldaşını 1-ci Qarabağ müharibəsində itirmişdir. Ailənin bütün xərclərini özü qarşılayır. Hətta nəvəsi üçün aliementi də, o ödəyir. İddiaçı tərəf aliment ödənilməsinə baxmayaraq ona nəvəsi ilə görüşməyə imkan yaratmır. Hər dəfə müxtəlif bəhanələr ilə qanuni görüş üçün çıxarılmış qətnamənin icrasından yayınır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh ilə X8 arasında 14 oktyabr 2016-cı il tarixdə 3 saylı “Bakı ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4253 № ilə qeydə alınmış nikahın pozulması; qarşılıqlı iddia tələbi qismən təmin edilərək, 29 sentyabr 2017-ci il təvəllüdlü X2 anası X3 yanında saxlanılması; 27 dekabr 2018-ci il tarixdən başlayaraq 29 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi; 27 dekabr 2018-ciil tarixdən başlayaraq X2 3 yaşı tamam olana qədər Cavabdeh hər ay 30 (otuz) manat məbləğində alimentin tutularaq X4 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin 193 manat məbləğində artırılmasını tələb edir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə etiraz edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1326/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar