Məhkəmə qərarları › İş №2(004)-491/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-491/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-491/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.04.2021-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12.10.2017-ci il tarixli 551PFAK nömrəli kredit müqaviləsi üzrə yaranmış 3600 ABŞ dolları əsas borc və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 142,50 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3742,50 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan və Cavabdeh mülkiyyətindəki (Tip: cip, Buraxılış ili-2013, Ban-KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ipoteka predmeti olan Cavabdeh məxsus olan “Kia Sportage” markalı minik markalı avtomobilin dövlət qeydiyyat nömrəsinin “** SR ***” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.10.2017-ci il tarixli 551PFAK saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Paytaxt” filialı Cavabdeh oğluna 36 ay müddətinə illik 14 % dərəcəsi ilə 11.900 ABŞ dolları kredit vermişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh oğluna məxsus olan (Tip: cip, Buraxılış ili-2013, Ban-KNAPB8117E7497493) “Kia Sportage” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Cavabdehin 12.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3.600 ABŞ dolları əsas borc və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 142,50 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3742,50 ABŞ dolları borcu vardır. İddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ümumilikdə 3742,50 ABŞ dolları və 30 manat vəsaitin ödənilməsini və tələbin ipoteka predmetinə yönəldilməsini tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Daha sonra Hacıqabul Rayon Məhkəməsində keçirilən hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlunun yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1min məhkəmənin 28.10.2021-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş 24.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 10.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Bununla yanaşı o, cavabdehlə razılığa gəlinməsi ehtimalının olduğunu bildirərək məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etdi. Bundan sonra İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin azadılması barədə məhkəmə ərizə təqdim edərək, 12.10.2017-ci il tarixli 551PFAK saylı kredit müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış 2000 (iki min) ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 142,50 (bir yüz qırx iki dollar əlli sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2142,50 (iki min bir yüz qırx iki dollar əlli sent) ABŞ dolları borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia tələbinin Cavabdeh mülkiyyətində olan (Tip: cip, Buraxılış ili-2013, Ban- KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla yanaşı Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iş materialları ilə tanış olması üçün ona şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən onun ərizəsi təmin edilmiş Cavabdeh iş materialları ilə tanış olmaqla yanaşı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair hər hansı etirazını bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Paytaxt” filialı Cavabdeh arasında 12.10.2017-ci il tarixli 551PFAK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh illik 14 faiz olmaqla 36 ay müddətinə 11.900 ABŞ dolları kredit vermişdir. Cavabdehə axırıncı dəfə 30.07.2021-ci il tarixli **********687 nömrəli bildirişi göndərilsə də, o məktubu aldığı vaxtdan etibarən 3 gün müddətində ləğv prosesində olan İddiaçı ASC-yə borcundan heç bir ödəniş etməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 12.10.2017-ci il tarixli 551PFAk nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında 12.10.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. 12.10.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh oğlunun mülkiyyətində olan (Tip: cip, Buraxılış ili-2013, Ban-KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. 03.08.2021-ci il tarixli **********734 nömrəli bildirişdən müəyyən edilir ki, İddiaçı ASC 12.10.2017-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət etmiş və ipoteka müqaviləsinin qeydiyyata alınmaqla Cavabdeh mülkiyyətində olan (Tip: cip, Buraxılış ili-2013, Ban-KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil AtaBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 02.08.2021-ci il tarixli **********723 nömrəli maliyyə arayışında göstərilir ki, borclu Cavabdeh götürdüyü kreditə görə 3600 ABŞ dolları əsas borcu, 142,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3472,50 ABŞ dolları borcu yığılmışdır. Daha sonra məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş 17.02.2022-ci il tarixli hesabdan çıxarışdan və 24.02.2022-ci il tarixli **********516 nömrəli maliyyə arayışında müəyyən edilir ki, Cavabdeh mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində LPO İddiaçı ASC-yə 12.10.2017-ci il tarixli 551PFAk nömrəli kredit müqaviləsi üzrə borcun 1500 ABŞ dollar vəsait ödəniş etmişdir. Hazırda isə onun həmin kreditə görə 18.02.2022-ci il tarixə 2000 ABŞ dollar əsas borcu, 142,50 ABŞ dollar faiz borcu olmaqla, cəmi 2142,50 ABŞ dollar borcu qalmışdır. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.10.2017-ci il tarixli 551PFAK saylı kredit müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış 2000 (iki min) ABŞ dolları əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 142,50 (bir yüz qırx iki dollar əlli sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2142,50 (iki min bir yüz qırx iki dollar əlli sent) ABŞ dollar borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh mülkiyyətində olan (Tip: cip, Buraxılış ili-2013, Ban-KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılmalı, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcu məbləğinin ödənilməsinə yönəldilməlidir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh tutulmalıdır. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 12.10.2017-ci il tarixli 551PFAK saylı kredit müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış 2000 (iki min) ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 142,50 (bir yüz qırx iki dollar əlli sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2142,50 (iki min bir yüz qırx iki dollar əlli sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh mülkiyyətində olan (Tip: cip, Buraxılış ili-2013, Ban- KNAPB8117E7497493) “Kia Sportage” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılsın. Avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar