Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4919/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası 29.07.2021-ci il tarixə saat 09:20-ə təyin edilmişdir. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Zamin2 və Zamin1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirdi ki, iddia ərizəsində onun ünvanı ünvan 1 09.04.2021-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Hazırkı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün onun və oğlu Zamin2 rəsmi qeydiyyatda olduqları ünvan 2 ünvan üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün cavabdehlər Cavabdeh və Zamin2 rəsmi qeydiyyatda olduqları ünvan 2 ünvan üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS”-dən 29.07.2021-ci il tarixdə çap edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, Cavabdeh 09.04.2021-ci il tarixdən, cavabdeh Zamin2 isə 27.04.2020-ci il tarixdən ünvan 2 ünvanda rəsmi qeydiyyata alınmışlar. Digər cavabdeh Zamin1 isə 10.02.2017-ci ildən Zəngilan rayonu Havalı kəndində rəsmi qeydiyyata alınmışdır. Yəni, cavabdehlərin heç biri Yasamal rayonu ərazisində qeydiyyatda yoxdur. Bu səbəbdən hazırkı işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxıla bilməz. Odur ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehlərdən Cavabdeh və Zamin2 rəsmi qeydiyyatda olduqları ünvan 2 ünvan üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Çünki, iddia ərizəsində cavabdehlər Cavabdeh və Zamin2 ünvanı ünvan 6 məhkəməyə daxil olan zaman cavabdehlər ünvan 2 ünvanda qeydiyyatda olmuşlar. Bu səbəbdən işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunur. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.1, 44.2.1, 44.2.2, 45, 170, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş, cavabdehlərdən Cavabdeh və Zamin2 rəsmi qeydiyyatda olduqları ünvan 2 ünvan üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4919/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4919/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver