Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4925/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “restrukturizasiyanın təmin olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “restrukturizasiyanın təmin olunması” tələbinə dair iddia ərizəsi 15.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına əsasən fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942.23 ABŞ dolları (16901.79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə Cavabdeh ASC tərəfindən icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Görüdüyü kimi, İddiaçı hazırkı iddia tələbində - cavabdeh "xxxx" ASC ilə onun arasında bağlanmış 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19.000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan AR X1 Rayon Məhkəməsinə ünvanladığı sorğuya cavabdan görünür ki, “Turanbank" ASC ilə İddiaçı (FİN: xxxxxxx) arasında bağlanmış 11.11.2015-ci il tarixli kredit müqaviləsi (19.000 ABŞ dolları məbləğində) Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 9.942,23 ABŞ dolları (16.901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Bu səbəbdən hesab edirəm ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməmiş hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi məsələsinə məhkəmə qaydasında baxıla bilməz. İddiaçı cavabdeh "xxxx" ASC ilə onun arasında bağlanmış 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19.000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilib-edilməməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməlidir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikasının Mərkəzi Bankına verəcəyi cavab İddiaçı qane etməzsə, bu zaman Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı inzibati məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarına əsasən mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “restrukturizasiyanın təmin olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4925/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4925/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver