Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4932/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” BOKT QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1447,92 manat əsas borc, 619,39 manat faiz borcu, 311,65 manat cərimə olmaqla, cəmi 2378,24 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yari barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh verdiyi izahatında iddia tələbinin əsassız olduğunu göstərmiş və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməmişdir. İş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” BOKT QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 1680 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalana müqavilənin 1 nömrəli əlavəsində göstərilən malın ödənilməsi məqsədi ilə həmin əlavədə müəyyən edilən qaydada ödənilmək şərti ilə kredit verilir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 1447,92 manat əsas borc, 619,39 manat faiz borcu, 311,65 manat cərimə olmaqla, cəmi 2378,24 manat borcu vardır. “xxxx” BOKT QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, Cavabdeh 1447,92 manat əsas borc, 619,39 faiz borcu, 30 manat cərimə olmaqla 2097,31 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 311,65 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 30 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1447,92 manat əsas borc, 619,39 faiz borcu, 30 manat cərimə olmaqla 2097,31 (iki min doxsan yeddi manat 31 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” BOKT QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4932/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4932/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver