Məhkəmə qərarları › İş №2(004)-4966/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4966/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4966/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 115/SM- 21 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış 459,86 manat, 30 mart 2022-ci il tarixli 244/SM- 22 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış 1359,64 manat məbləğində, cəmi 1819,50 manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 200000 manat məbləğində, 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən isə borcluya 12 ay müddətinə 400000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsinə əsasən 458,48 manat əsas borc, 1,38 manat faiz borcu olmaqla ümumilikdə 459,86 manat borc, 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən isə 1359,64 manat məbləğində borc, ümumilikdə hər iki müqavilə üzrə cəmi 1819,50 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh Avdın qızı arasında bağlanmış hər iki müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 %-lə hesablanır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsinə əsasən, “X1 Olmayan Kredit Təşkilatı” MMC kredit alana 12 ay müddətinə illik 42 % ödəmək şərtilə 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən, “X1 Olmayan Kredit Təşkilatı” MMC kredit alana 12 ay müddətinə illik 42 % ödəmək şərtilə 400000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən əsas borc üzrə 199541,52 manat, faiz borcu üzrə 77580,79 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə 22 iyun 2023-cü il tarixə 458,48 manat əsas, 1,38 manat faiz borcu olmaqla, cəmi 459,86 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən əsas borc üzrə 272690,36 manat, faiz borcu üzrə 255,74 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə 22 iyun 2023-cü il tarixə 1359,64 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsinə əsasən, “X1 Olmayan Kredit Təşkilatı” MMC kredit alana 12 ay müddətinə illik 42 % ödəmək şərtilə 200000 manat məbləğində kredit xətti açılmışdır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən, “X1 Olmayan Kredit Təşkilatı” MMC kredit alana 12 ay müddətinə illik 42 % ödəmək şərtilə 400000 manat məbləğində kredit xətti açılmışdır. 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən əsas borc üzrə 199541,52 manat, faiz borcu üzrə 77580,79 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə 22 iyun 2023-cü il tarixə 458,48 manat əsas, 1,38 manat faiz borcu olmaqla, cəmi 459,86 manat borcu yaranmışdır. 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən əsas borc üzrə 272690,36 manat, faiz borcu üzrə 255,74 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə 22 iyun 2023-cü il tarixə 1359,64 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsi üzrə 458,48 manat əsas borc, 1,38 manat faiz borcu olmaqla, cəmi 459,86 manat borc; 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış 1359,64 manat məbləğində borc, ümumilikdə 1819,50 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 manat pul tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 fevral 2021-ci il tarixli 115/SM-21 saylı kredit xətti müqaviləsi üzrə 458,48 (dörd yüz əlli səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc və 1,38 (bir manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 459,86 (dörd yüz əlli doqquz manat səksən altı qəpik) manat borc; 30 mart 2022-ci il tarixli 244/SM-22 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış 1359,64 (bir min üç yüz əlli doqquz manat altmış dörd qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1819,50 (bir min səkkiz yüz on doqquz manat əlli qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 (otuz doqquz) manat pul tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar