Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4967/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1, iddiaçının vəkili X5, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 mart 2021-ci il tarixdə saat 15:40 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 12-cı kilometrində X10 etibarnamə olmadan idarə etdiyi Cavabdeh Şıxalı qızına məxsus X19 1840LS yük markalı **-SH-*** dövlət qeydiyyat nişanlı SCHMİTZ markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı şəhəri istiqamıtində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb yol hərəkəti qaydasını pozaraq qarşıda eyni istiqamətdə hərəkət edən onun mülkiyyətində olan X2 idarə etdiyi Mersedes Benz E200 CDİ miniki markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən Mersedes Benz E200 CDİ miniki markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi Toyota Rav-4 minik markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobillər əzilmişlər. Bu avtoqəza nəticəsində onun mülkiyyətində olan Mersedes Benz E200 CDİ minik markalı **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobil xeyli əzilmiş və ona külli miqdarda maddi zərər dəymişdir. “SKAZ Autohouse” Servisi tərəfindən verilmiş təmir aktına əsasən avtoqəza nəticəsində ona məxsus olan Mersedes Benz E200 CDİ minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, ehtiyat hissələri və təmir xərcləri birlikdə 10218 manat təşkil edir. Hadisənin 29 mart 2021-ci il tarixdə baş verməsinə baxmayaraq cavabdeh indiyə qədər ona məxsus nəqliyyat vasitəsini təmir etdirməmiş və ya təmir xərclərini ödəməmişdir ki, bunun da nəticəsində o, 3000 manat əlavə zərərə düşmüşdür. Keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır ki, bu da 160 manat təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmədən törədilmiş avtoqəza nəticəsində ona məxsus Mersedes Benz E200 CDİ miniki markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 10218 manatın, qəzanın törədildiyi gündən indiyə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın, vəkilə ödənilmiş 160 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X12 iddia tələbi ilə bağlı bildirdi ki, vurulmuş zərər rəsmi akta əsasən məlumdur və cavabdeh tərəfindən də, zərərin məbləği mübahisələndirilmir. Etirazın əsasın isə iddianın onlara qarşı olmasının hüquqi əsasının olmaması təskil edir. Cavabdeh sözü gedən nəqliyyat vasitəsinin sahibinə qarşı iddiaçının iddia qaldırmaqda hüququnun olmamasını bildirsə də, qanunvericilik bir başa olaraq yüksək təhlükə mənbəyinin sahibə qarşı iddia qaldırmaq hüququ vardır. Bundan başqa cavabdeh məhz etibarnamə olmadan ona məxsus olan nəqliyyat vasitəsini digər şəxsə idarə etməyə vermişdir. Dəymiş ziyandan sığortaşirkəti tərəfindən 2683.50 manat, cavabdehin atası tərəfindən isə 700 manat ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X11 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi düzgün şəxsə qarşı qaldırılmamışdır. Belə ki, cavabdeh sözü gedən nəqliyyat vasitəsinin sahibi olsa da, yol-nəqliyyat hadisəsini həmin avtomaşını sürən törətmişdir. Bu səbəbdən də, iddia məhz sonuncuya qarşı qaldırılmalı idi. Hazırki tələb mülki hüquq, deliktdən irəli gələn haldan ibarət deyildir. Düzdür qəza baş verərkən cavabdehin mülkiyyətində olan avtomobilə dair sürücünün etibarbnaməsi olmasa da, bu hal cavabdehin maddi deyil, yalnız inzibati qaydada məsuliyyət daşımasına əsas ola bilərdi. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi və ya iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 29.03.2021-ci il tarixdə X10 Cavabdeh məxsus etibarnamə olmadan idarə etdiyi X20 1840LS yük markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobillə, Bakı şəhəri Xocasən yolunun 12-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus və etibarnamə əsasında X9 tərəfindən idarə olunan Mercedes Benz E200 CDİ minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu da, qarşıda eyni istiqamətdə olan X6 idarə etdiyi Toyota Rav-4 minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ümumilikdə 10218 manat məbləğində ziyan dəymişdir (skaz autohouseun 05.04.2021-ci il tarixli təmir aktına əsasən). 05.04.2021-ci il tarixli cinayət işinin balanmasının rədd edilməsi haqqında qərardan əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X10 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün İXP ******* nörməli, 06.04.2021-ci il tarixli protokol ilə İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Dəymiş ziyandan 2683.50 manat məbləği sığortaçı "xxxx" ASC tərəfindən, 700 manatı isə cavabdehin atası tərəfindən, ümumilikdə isə 3383.50 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İşin bu halı iş üzrə tərəflərin etiraf edici izahatları ilə öz təsdiqini tapmışdır. Beləliklə işin halları ilə X4 Cavabdeh məxsus olan X20 1840LS yük markalı, **-SH- *** dövlət qeydiyyat nişanlı, Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobil etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də Cavabdeh münasibətdə həmin əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə əmlaka dəymiş zərərin əvəzi kimi sığorta şirkəti tərəfindən icbari sığorta ödənişi üzrə ödənilmiş 2683.50 manat və cavabdehin atası tərəfindən ödənilmiş 700 manat məbləğində pul vəsait də, nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə 6834 (altı min səkkiz yüz otuz dörd) manat 0.50 (əlli) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin 160 manat məbləğində hüquqi xidmət xərclərinin tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi xidmətlərə görə 160 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edə bilmədi. Məhkəmə həmçinin qəzanın törədildiyi gündən indiyənə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğun təmin edilməməlidir. Belə ki, iddiaçı, tərəfindən ona dəymiş olan zərərin nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6834 (altı min səkkiz yüz otuz dörd) manat 0.50 (əlli) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4967/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4967/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver