Məhkəmə qərarları › İş №2(004)-4974/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4974/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4974/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 13.06.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı aldığı məişət avadanlığının dəyərindən ödənilməmiş qalan 742 manat borc; 19.06.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı aldığı məişət avadanlığının dəyərindən ödənilməmiş qalan 1.530 manat borc; 06.07.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı aldığı məişət avadanlığının dəyərindən ödənilməmiş qalan 1.875 manat borc olmaqla, cəmi 4.147 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.177 manat pulun tutularaq İddiaçı MMCyə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Həmçinin “AZEMİS” sistemi vasitəsilə cavabdehin adına olan mobil telefon nömrələrinə SMS bildirişləri göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, işə\ iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC tərəflər arasında bağlanmış 13.06.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 919 manat olan məişət avadanlığını 124 manat ilkin ödəniş etməklə, 15 ay müddətinə aylıq 53 manat ödənilməsi şərtilə; 19.06.2020-ci il tarixli müaviləyə əsasən dəyəri 1707 manat olan məişət avadanlığını 177 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə aylıq 85 manat ödənilməsi şərtilə; 06.07.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 2046 manat olan məişət avadanlığını 171 manat ilkin ödəniş etməklə, 15 ay müddətinə aylıq 125 manat ödənilməsi şərtilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi 30.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 13.06.2020-ci il tarixli müqavilə üzrə 742 manat; 19.06.2020-ci il tarixli müqavilə üzrə 1530 manat; 06.07.2020-ci il tarixli müqavilə üzrə 1875 manat olmaqla, ümumilikdə 4147 manat əsas (qalıq) borcu vardır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 742 manat borc; 19.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 1.530 manat borc; 06.07.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 1.875 manat borc olmaqla, cəmi 4.147 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.177 manat pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 742 manat borc; 19.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 1.530 manat borc; 06.07.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 1.875 manat borc olmaqla, cəmi 4.147 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.177 (dörd min yüz yetmiş yeddi) manat pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar