Məhkəmə qərarları › İş №2(004)-4977/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4977/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4977/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” İKB-in 6 saylı filialı ilə onun arasında bağlanmış 27.06.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı Kredit Müqaviləsi üzrə tutulmuş 10644 manat borcun əsassız hesablanmış 5244 manat hissəsinin silinməsinə və həmin 5244 (beş min iki yüz qırx dörd) manat pulun, 30 manat dövlət rüsmunun, 90 manat vəkilə ödənilmiş pulun, ümumilikdə 5364 (beş min üç yüz altmış dörd) manat pulun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini; cavabdeh təşkilatın əməkdaşalarının əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olduğuna görə həmin əməllərin araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun düzgün ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, müvafiq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlansa da, iddia ərizəsinə əlavə edilmiş 21 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun təyinatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə olmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin məsləhətçi-kompüter X1 və böyük mütəxəssis İmamir Gözəl-zadə tərəfindən tərtib edilmiş 17 iyul 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı iddia ərizəsinin qoşmasında qeyd edilən İnternet Vergi İdarəsindən çıxarışların surəti, Suraxanı rayon Məhkəməsinin qətnaməsinin surəti, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin surəti, Hesabdan çıxarışın surəti (3 vərəqdə) qəbz aşkar edilməmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar