Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4983/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdeh Zamin iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB cavabdehlər Zamin və Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Zamin və Cavabdeh müştərək qaydada 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.660,92 manat əsas borc, hesablanmış 824,62 manat faiz borcu, 697,84 manat cərimə, müqavilənin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 236 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 24.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən QSC “Bank Standart” KB borcalan Cavabdeh 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 4.000 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Zamin ilə bankın arasında 24.07.2015ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə QSC “Bank Standart” KB-yə müqaviləsi üzrə 1.660,92 manat əsas borcu, hesablanmış 824,62 manat faiz borcu, 697,84 manat cərimə, müqavilənin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 236 manat faiz borcu yaranmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilsə də, borc ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, hesablanmış cərimə və faiz məbləğləri hissəsində qəbul etmir. O, borcu ödəməkdən yayınmamışdır. QSC “Bank Standart” KB fəaliyyətini dayandırdığına görə o, ödəməni həyata keçirə bilməmişdir. Bankın ləğvedicisi X1 tərəfindən artıq məbləğlər hesablanmışdır. Qalan borcu özü ödəyəcək, zamindən tutulmasına razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Zamin məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh verilmiş borcun qaytarılmasının təmiantı kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh da onun kimi hərbi qulluqçudur, iş yeri və əmək haqqı var. Cavabdeh özü borcunu ödəməyə razıdır. Odur ki, iddianı ona qarşı olan hissəsində rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 24.07.2015-ci il tarixli 100/14/118600/15 nömrəli kredit müqaviləsinə əsasən QSC “Bank Standart” KB borcalan Cavabdeh 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 4.000 manat kredit vermişdir. Müqavilənin müddəti 24.07.2018-ci il tarixdə bitmişdir. QSC “Bank Standart” KB ilə Zamin və borcalan Cavabdeh arasında bağlanmış 24.07.2015-ci il tarixli 100/14/118600/15 nömrəli zaminlik müqaviləsinə əsasən Zamin 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 24.07.2018-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 27.05.2021-ci il tarixli **********547 nömrəli maliyyə arayışına əsasən borclu Cavabdeh 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borcu 1.660,92 manat, müqavilə müddətinə (24.07.2015-24.07.2018) hesablanmış faiz borcu 824,62 manat, dəbbə pulu 697,84 manat, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 236,90 manat faiz borcu olmaqla, cəmi 3.420,28 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 697,84 manat dəbbə pulu azaldılaraq 60 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh tutulmalıdır. Kreditor QSC “Bank Standart” KB ilə Zamin arasında bağlanmış 24.07.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti 24.07.2018-ci il tarixdə başa çatdığına və bank 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə, 24.07.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün iddiaçının qarşısında məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.660,92 manat əsas borc, müqavilənin müddətinin bitdiyi 24.07.2018-ci il tarixə hesablanmış 824,62 manat faiz borcu, 60 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.575,54 manat pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməlidir. İddia tələbi Cavabdeh qarşı qalan hissədə, yəni 637,84 manat dəbbə pulunun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 24.07.2015-ci il tarixli kredit müqaviləsinin müddəti bitdiyi 24.07.2018-ci il tarixdən 27.05.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 236,90 manat faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bank fəaliyyətini dayandırdığına, ləğv prosesində olduğuna görə ödənişləri qəbul etmədiyinə Cavabdeh borcun ödənilməsini vaxtında həyata keçirə bilməmişdir. İddia tələbi - cavabdeh (zamin) Zamin qarşı hissəsində tam rədd edilməli və 24.07.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.07.2015-ci il tarixli 100/14/118600/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.660,92 manat əsas borc, müqavilənin müddətinin bitdiyi 24.07.2018-ci il tarixə hesablanmış 824,62 manat faiz borcu, 60 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.575,54 (iki min beş yüz yetmiş beş əlli dörd) manat pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilsin. İddia tələbi Cavabdeh qarşı qalan hissədə rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Zamin qarşı hissəsində tam rədd edilsin. Kreditor QSC “Bank Standart” KB ilə Zamin arasında bağlanmış 24.07.2015-ci il tarixli 100/14/118600/15 nömrəli zaminlik müqaviləsi üzrə Zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4983/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4983/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver