Məhkəmə qərarları › İş №2(004)-5/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5/2021 02.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh olan 7500 manat məbləğində borcun alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5500/2015 nömrəli, xx.xx.2015ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh İddiaçı xeyrinə 7500 manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutulması barədə əmr verilmişdir. Borclu Cavabdeh əmrdən etiraz verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5500/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6127/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5500/2015 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün 2014-cü il tarixdə ona müraciət etmişdir. Onun müraciətindən sonra xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda onunla Kredit müqaviləsi bağlayaraq 7500 manat borc pul vermişdir. Həmin Kredit müqaviləsi 14 saylı Notariat Kontorunda 3M/-1312 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, o, Cavabdeh 7500 manat pul borca vermişdir. Cavabdeh həmin 7500 manat pulu qəbul etmiş və həmin pulu 2 ay müddətinə 7500 manat şəklində qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, müqavilə üzrə borcun qaytarılması üçün nəzərdə tutulmuş müddət xx xxxxxx 2015-ci il tarixdə bitsə də, borclu Cavabdeh həmin borcu ödəməmişdir. Eyni zamanda cavabdeh borcu müqabilində ona avtomobil gətirəcəyini demiş, lakin həmin vədinə də, əməl etməmişdir. Daha sonra isə ondan qaçaraq gizlənmişdir. Borclunun borcunu ödəmədiyini görərək xx xxxxx 2015-ci il tarixdə yazılı bildiriş ərizəsini 14 saylı Notariat Kontorunda təsdiq etdirərək borclu Cavabdeh göndərmişdir. Lakin, borclu bildiriş ərizəsini alsa da, heç bir hərəkət etməmiş və ona olan borcunu ödəməmişdir. Əlacsız qalaraq borclu Cavabdeh ona olan borcunu ödəməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh 7500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, onun iddiaçıya düzdür 7500 manat məbləğində borcu vardır. Belə ki, o iddiaçıya məxsus mənzildə kirayədə yaşamış, lakin sonrada kirəyə haqqını ödəməyə imkanı çatmamışdır. Bu səbəbdən də, onun mənzilə dair borclarına görə iddiaçı ilə belə bir borc müqaviləsi bağlamışlar. İddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Belə ki, həmin məbləği müəyyən bir müddətə hissə-hissə ödəyə bilər. Qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Əzimov X1 İmran Qürbət oğluna iki ay müddətinə qaytarmaq şərtiylə 7500 manat məbləğində borc vermişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli kredit (borc) müqaviləsinə əsasən, İddiaçı Cavabdeh iki ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək qaytarmaq şərtiylə 7500 manat məbləğində borca pul vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödəniləməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar