Məhkəmə qərarları › İş №2(004)-5004/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5004/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5004/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin müəyyən etdiyi alemnt miqdarını dəyişməklə Cavabdeh, 02 sentyabr 2012-ci il təvəllüdlü X1 və 11 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay yaşayış minimumu olan 220 manat sabit pul məbləğində olmaqla, toplamda 440 manat alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli , 2(046)-231/2020 saylı qətnaməsi ilə Cavabdeh, 02 sentyabr 2012-ci il təvəllüdlü X1 və 11 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Artıq tək başına, hər uşağa görə 130 manat, toplamda 260 manat məbləğ olan aliment ilə, uşaqlarının saxlanması ona çox çətindir. Son dönəmlərdə baş verən iqtisadi sıxıntılar, onun işsiz olmağı çətinliklərinin daha da artmasına səbəb olmuşdur. Bu səbəbdən də uşaqların saxlanmasında, onların tələbatlarının ödənilməsinin heç olmasa uşaqlar üçün müəyyən edilmiş minimum saxlanma həddinə çatdırılması zəruri olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə alimentin artırılması ilə bağlı iddianı 2020-ci ilin fevral ayında qaldırmışdır. Həmin vaxt Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat alimentin cavabdehdən tutulması qət edildi. Hazırki vaxtda bu məbləğ çox aşağıdır və uşaqların saxlanması üçün kifayət etmir. Buna görə də alimentin artırılmasını istəyirəm. 300 manat alimenti cavabdeh tərəf icraçının təkidi ilə ödəyib. Həmin pulu da 1 ay ödədikdən sonra dayandırıblar. Cavabdeh 16 yaşından Bakıda yaşayıb və həmişə onun iş yeri olub. Cavabdeh Nərimanov rayonunda fotostudiyada fotoqraf işləyib. Onlar Bakıda ailə qurmuşlar və cavabdehin Göyçayla bağlı heç bir əlaqəsi olmayıb. Həmin şəxslə ailəli olmuşdur və bilir ki, onun əlilliyi yoxdur. Süni yollarla həmin əlilliyi alıb. Bundan başqa cavabdehin ailəsinə məxsus və Göyçay rayonunda yerləşən bir sıra obyektlər də var ki, onlardan aylıq haqq da gəlirdi. Ümumilikdə cavabdehin imkanı çox yaxşı olub. Cavabdeh dostu ilə şərikli şəkildə bir iş qurmuşdular, lakin cavabdeh bunu ondan gizlətdiyinə görə ətraflı məlumatı yoxdur. Müəllimə olsa da, hazırda uşaqlar balaca olduqlarına görə işləmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onun qardaşı 2-ci qrup əlildir və 327 manat pensiya alır. Göyçay Rayon Məhkəməsi 260 manat aliment tutulması barədə qətnamə qəbul etməsinə baxmayaraq, onlar hər ay 300 manat aliment ödəyirlər. Heç bir icraçının təkidi ilə ödəniş olmayıb. Qanun ilə kəsilmiş aliment məbləğini, hətta daha da artığını vaxtında ödəmişlər. Bununla bağlı sübutları da məhkəməyə təqdim edir. Hal-hazırda həmin məbləği də ödəmək imkanları yoxdur. Çünki qardaşının aldığı pensiyadan 127 manat avtomatik olaraq çıxılırdı. Qalan məbləği isə anası düzəldirdi. Lakin anası vəfat etdiyinə görə hal-hazırda ödəniş etməkdə çətinlik çəkirlər. Bundan başqa qardaşının işləmək qabiliyyəti yoxdur. Uzun müddətdir ki, işləmir, yalnız dərman atır. Buna görə iddianı heç bir hissədə qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)- 231/2020 saylı qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh Kmaran oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 990476 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ 641440 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh 2-ci dərəcə əlilliyə görə 327,22 manat məbləğində əmək pensiyası alır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-231/2020 saylı qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh Kmaran oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən cavabdeh 2-ci qrup əlildir və ayda 327 manat pensiya almaqla dolanır və başqa heç bir gəliri yoxdur. Belə ki, uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar