Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5013/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Əliağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əliağa oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əliağa oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Əliağa oğlundan tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Məmmədova (Ağayeva) Günel Məlik qızı və Cavabdeh Əliağa oğlu oğlu arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013cü il il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7021/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 300 (üç yüz) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X4 12, xx.xx.2013-cü il il təvəllüdlü X3 isə 10 yaşı vardır. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta o, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri bir dəfə də olsa ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirir ki, cavabdeh uşaqların maddi tələbatlarını məhkəmə qaydasında müəyyən edilmiş aliment məbləği ödəmir. Nənə olaraq nəvələrinin maddi ehtiyaclarını özü qarşılayır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əliağa oğlu izahatında bildirmişdir ki, alimenti adətən hər iki uşağa görə ayda 300 mnaat olmaqla ödəyir. Lakin ötən ay çatdırmamışdır. İkinci dəfə ailə qurmuş, lakin həmin ailəsi də dağılmışdır. İkinci nikahdan övladı yoxdur. Hazırda taksi sürücüsüdür və kirayə qaldığından xərcləri çoxdur, buna görə də, 300 manat məbləğindən artıq aliment ödəməyə maddi imkanı yoxdur. Elektron sistemdə onun adına aşkar edilmiş VÖEN-lərin və adı direktoru kimi qeyd edilmiş hüquqi şəxslərlə bağlılığı yoxdur. Həmin şirkətlər onun adına qeydiyyata alınsa da ona məxsus deyildir. Maddi qazancı az olduğundan alimentin miqdarı artıtıldığı halda ödəyə bilməyəcək və bu da borc kimi xeyli məbləğin yığışmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7021/2017 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh Əliağa oğlu və Məmmədova (Ağayeva) Günel Məlik qızı arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah poulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları Məmmədova (Ağayeva) Günel Məlik qızının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Əliağa oğlundan hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - elektron portal çıxarış məlumatlarından müəyyən olunur ki, Cavabdeh Əliağa oğlu "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru olaraq əmək fəaliyyəti ilə məşğul olur və əmək haqqısı müvafiq olaraq 250 manat və 300 manat olmaqla, cəmi 550 manat təşkil edir. Həmçinin o, ********** VÖEN ilə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. - elektron portal çıxarış məlumatlarından həmçinin müəyyən olunur ki, İddiaçı X8 Kollecində müəllim vəzifəsində çalışır və əmək haqqısı 166,5 manat təşkil edir. Eyni zamanda Naxçıvan Xalça və X5” MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqısı 402 manat təşkil edir. Məhkəmə uşaqların mənafeyini, hazırkı tarixə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdehin maddi vəziyyətini, alimentin təyin edildiyi vaxtdan 2022-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh cəmi 550 manat maaş alır. Məhkəmə iclasında iştirak edən cavabdeh həmin gəlir məlumatlarının formal xarakterli olduğunu bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh hazırda əlavə olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa davam edir və onun sabit gəlirindən əlavə qazancı vardır. İddiaçının aylıq qazanc məbləği az miqdardadır. Məhkəmə cavabdehin gəlirlərini, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul mələğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması üçün ağlabatan məbləğdir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir edir ki, iddia təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7021/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh Əliağa oğlundan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7021/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Əliağa oğlundan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5013/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5013/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver