Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5015/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.10.2019-cu il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Samsung A405 64gb markalı telefon üçün 14.07.2021-ci il tarixinə yaranmış 292 manat əsas, 87 manat cərimə, 14.01.2020-ci il müqaviləyə əsasən, X1 8 64gb markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 111 manat cərimə, ümumilikdə 862 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 30.10.2019-cu il və 14.01.2020 tarixli “Alqı-satqı” müqaviləsi bağlamışdır. Cavabdeh 30.10.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 539 (beş yüz otuz doqquz) manat olan 1 ədəd “Samsung A405 64 gb” markalı telefon almış, nəticədə 292 ( iki yüz doxsan iki) manat borc yaranmışdır. 14.01.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 472 (dörd yüz yetmiş iki) manat olan 1 ədəd “X1 8 4 gb” markalı telefon almış, nəticədə 372 (üç yüz yetmiş iki) manat borc yaranmışdır. Bugünədək cavabdehə etdikləri müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş alqısatqı qiyməti 539 (beş yüz otuz doqquz) manat (6 ay x 73 anz + 101 azn ilkin ödəniş) olan 1 ədəd “Samsung A405 64gb” markalı telefon üçün ümumilikdə 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə borcu (4 ay x 30 gün x 0.73 manat) ( hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə ) yaranmışdır. Alqısatqı qiyməti 472 (dörd yüz yetmiş iki) manat (6 ay x 62 azn + 100 azn ilkin ödəniş) olan 1 ədəd “X1 8 64 gb” markalı telefon üçün ümumilikdə 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat cərimə borcu (6 ay x 30 gün x 0. 62 manat) (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmışdır. Borclu 30.10.2019-cu il tarixli müqavilə üzrə axırıncı ödənişi 28.12.2019-cu il 73 (yetmiş üç) manat olmaqla cəmi 247 ( iki yüz qırx yeddi) (2 ay x 73 azn + 101 azn ilkin ödəniş) manat ödəniş etmişdir. Borclu 14.01.2020-ci il tarixli müqavilə üzrə axırıncı ödənişi 14.01.2020-ci il 100 (yüz) ( 100 azn ilkin ödəniş) manat ödəniş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən “Samsung A405 64 gb” markalı telefon almış, nəticədə 292 (iki yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 539 (beş yüz otuz doqquz) manat (6 ay x 73 azn + 101 azn ilkin ödəniş) olan 1 ədəd “Samsung A405 64gb” markalı telefon üçün ümumilikdə 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə borcu (4 ay x 30 gün x 0.73 manat) ( hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 247 (iki yüz qırx yeddi) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 14 yanvar 2020-ci il tarixli SM20084 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən “X1 8 64 gb” markalı telefon almış və nəticədə 372 (üç yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 472 (dörd yüz yetmiş iki) manat (6 ay x 62 azn + 100 azn ilkin ödəniş) olan 1 ədəd “X1 8 64 gb” markalı telefon üçün ümumilikdə 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat cərimə borcu (6 ay x 30 gün x 0. 62 manat) (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə 30 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 292 manat əsas, 87 manat cərimə, cəmi 379 manat, 14 yanvar 2020-ci il tarixli müqavilə üzrə 372 manat əsas, 111 manat cərimə, cəmi 483 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan 14.07.2021-ci il tarixli **********27 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.10.2019cu il və 14.01.2020-ci il tarixli SM20084 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 14.07.2021-ci il tarixinə cəmi 862 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 292 manat əsas, 87 manat cərimə, 14 yanvar 2020-ci il tarixli müqavilə üzrə 372 manat əsas, 111 manat cərimə, olmaqla, cəmi 862 (səkkiz yüz altmış iki) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5015/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5015/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver