Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5026/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.2021-ci il tarixli 027R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 1867 manat əsas borc, 50,86 manat faiz borcu, 22,4 manat cərimə borcu olmaqla, cəmi 1940, 70 manat borcun silinməsi, Cavabdeh QSC-dən hüquqi yardım üçün ödənilmiş 50 manat pulun və 40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC-dən xx.xx.2021-ci il tarixdə 18000 manat məbləğində pul vəsaitini 30 ay ərzində qaytarmaq şərtilə kredit götürmüşdür. Kredit müqaviləsi üzrə vaxtında ödənişləri etmişdir. xx.xx.2022-ci il tarixə 11720 manat borcu olmuş, həmin borcu Bank Respublikadakı hesabından Accesbanka ödəmişdir. Ödəniş tapşırığında isə ödənişin təyinatı kimi kredit borcunun bağlanması qeyd edilmiş olsa da, cavabdeh bank həmin ödənişin edilməsinə heç bir əhəmiyyət verməmiş, həmin vaxtdan indiyədək borc hesablamışdır. Ona pulu faizlə verən cavabdeh onun pulunu təyinatı üzrə qəbul etməmiş, bununla belə əsassız olaraq pulunu özündə saxlamış, həmin vaxtdan indiyədək isə 1940 manat borc hesablamışdır. Ödəniş tapşırığından da açıq aşkar görünür ki, Bank Respublikadakı hesabından 11720 manat vəsait Accessbankdakı hesabına daxil olmuşdur. Qeyd edilən məsələ ilə bağlı ona borc hesabladıqlarını öyrəndikdən sonra cavabdeh banka müraciət etmiş, cavabdeh bankın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, guya onun həmin ödənişin Accessbankdakı hesab üzrə kreditin bağlanması ilə əlaqədar hər hansı sərəncamı olmamışdır. Həmçinin məktubun mahiyyətindən belə qəbul edilir ki, guya səhvən daxil olma kim qiymətləndirilmiş, lakin buna baxmayaraq onu geri qaytarmaq ağıllarına gəlməmiş, bundan sonra guya cavabdeh bankda olan hesabından ödəmə tarixləri üzrə silinmə edilmiş, bu isə nəticə etibarilə süni şəkildə borc yaranmasına səbəb olmuşdur. Belə ki, bank əvvəlcə ödənişlərdən faizləri çıxdığından nəticədə 1867 manat əsas borc, 50,86 manat faiz borcu, 22,4 manat cərimə borcu olmaqla, cəmi 1940,70 manat borcu olduğu bildirilmişdir. Cavabdeh QSC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsində qeyd olunanlarla bağlı qeyd etmişdir ki, İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasına əsasən İddiaçı 18 000 manat məbləğində kredit verilmişdir. Müştərinin kredit hesabından çıxarışa əsasən xx.xx.2022-ci il tarixinə ödəniş planı üzrə kredit öhdəliyi əsas borc üzrə 11 197,90 manat, faiz borcu üzrə 2 264,04 manat olmaqla, cəmi 13 461,94 manat təşkil etmişdir. Kreditin xx.xx.2022-ci il tarixində tam geri ödənilməsi üçün tələb olunan vəsait isə əsas borc üzrə 11 197,90 manat, faiz borcu üzrə isə müvafiq kredit Razılaşmasının 2.3 bəndinə əsasən 46,66 manat və 3.3.2 bəndinə əsasən 466,58 manat olmaqla, cəmi 11711,14 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəli ödəniş tapşırığına əsasən müştərinin Bank Respublikadakı hesabından AccessBankdakı hesabına 11720 manat məbləğində vəsait daxil olmuşdur. “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri”-nin (https://www.accessbank.az/az/our-bank/general/terms-andconditions.php) 3.5-ci bəndinə əsasən cari hesabdan vəsaitin köçürülməsi Müştərinin yazılı sərəncamları və (və ya) Elektron Ödəmə tapşırıqları əsasında aparılır. Müştəri tərəfindən təqdim edilən ödəniş tapşırığı müştərinin AccessBankdakı hesabı üzrə deyil, Bank Respublikadakı hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. Müştəri daha sonra onun AccessBankda olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964-cu maddəsinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Müqavilədə nəzərdə tutulan belə hallar aşağıdakı kimidir: “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri”-nin 3.17-ci bəndinə əsasən X1 və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaiti, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqını və bank hesabına səhvən mədaxil edilmiş məbləğləri ödəmə tarixlərindən etibarən Müştərinin Bankdakı hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silmək hüququna malikdir. Bu bənd üzrə hesabdan silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixə olan Valyuta Məzənnəsi əsasında həyata keçiriləcək. 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasının 4.1.2. Kredit alan kredit hissəsini, faizi və/və ya ödəməli olduğu digər məbləğləri Ödəniş Planı üzrə ödəyə bilmədikdə, Banka ödənilməli olan kredit hissəsini, faizi və penyanı Kredit Alanın Bankda olan hesablarından birtərəfli qaydada şərtsiz silmək hüququna malikdir. “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri”-nin 3.17 bəndinə və 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən Müştərinin AZ82ACAB******************** saylı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Bu əməliyyatlar hesabdan çıxarışda da əks olunmuşdur (iş materiallarına əlavə olunur). Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, Müştərinin cari hesabından vəsaitlərin silinməsi qanunauyğun olaraq aparılmış və Müştərinin bank hesabı üzrə sərəncam vermə hüququna qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Odur ki, İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi əsassızdır, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, "xxxx" QSC-nin baş ofisinə gedərək, krediti bağlamaq istədiyini bildirmişdir. Onlar qalıq borcu hesablayaraq borcunun 11720 manat olduğunu bildirmişlər. O, borcu Bank Respublikadakı hesabından "xxxx" QSC-yə ödəmişdir. Ödəniş tapşırığında da ödənişin təyinatı kimi kredit borcunun tam bağlanması qeyd edilmişdir. O, bir müddət sonra təkrar kredit götürmək istəyəndə, ona "xxxx" QSC-yə borcunun olduğu bildirilmişdir O, "xxxx" QSC-nin Lökbatan ərazisində yerləşən ofisinə yaxınlaşaraq qalıq borcunu ödədiyini bildirmiş və ödəniş tapşırığını təqdim etmişdir. Lakin, heç bir nəticəsi olmamışdır. Həmçinin, İddiaçı cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, o, "xxxx" QSC-yə hesabında olan pulun kredit borcuna görə silinməsi üçün yazılı şəkildə müraciət etməmişdir. Lakin o, krediti bağlamaq istədiyini, pulun Bank Respublikadakı hesabından "xxxx" QSC-yə ödəmək istədiyini bildirmiş və qalıq borc barədə məlumat verilməsini, bankın rekvizitlərinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının Bank Respublikadakı hesabından "xxxx" QSCyə 11720 manat vəsait daxil olmuşdur, lakin burada əsas problem odur ki, müştərinin "xxxx" QSC-də olan hesabı üzrə borcun tam şəkildə silinməsi üçün müştərinin yazılı sərəncamı və ya ödəniş tapşırığı olmalıdır. Müştəri kredit götürdükdə bank onun üçün hesab açır. O, həmin hesabdan başqa məqsədlər üçün də istifadə edə, hesabına pul qoya bilər. Müştəri pul vəsaitinin kredit üçün silinməsi ilə bağlı sərəncam vermədiyi təqdirdə, onlar yalnız ödəniş qrafikinə uyğun olaraq aylıq borcu ödəniş müddəti çatdıqda akseptsiz qaydada silə bilər, bütün borcun silinməsi qeyri-mümkündür, çünki müştəri hesabdakı pul vəsaitini digər məqsədlə istifadə edə bilər. Həmçinin, cavabdehin nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müştəri sərəncam vermədiyi təqdirdə onların bütün borcu silməyə hüquqları yoxdur. 11720 manat iddiaçının 31 mart 2022-ci il tarixə olan borcudur. Həmin məbləğdən əsas və faiz borcları da çıxılmışdır. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixli №li 027L**********98 Uzunmüddətli Kredit Müqaviləsi üzrə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən, müvafiq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 2,08 % dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətindəki hesabına kreditin tam bağlanması üçün 11720 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Cavabdeh QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktor müavini Murad Məmmədovun 21 Avqust 2023-cü il tarixli 6-1-26/2-M-0-8680/2023 saylı məktubuna cavab olaraq qeyd edilmişdir ki, İddiaçı ("Müştəri") və "AccessBank” QSC ("Bank") arasında bağlanmış 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasına əsasən İddiaçı 18000 manat məbləğində kredit verilmişdir. Müştərinin kredit hesabından çıxarışa əsasən xx.xx.2022-ci il tarixinə ödəniş planı üzrə kredit öhdəliyi əsas borc üzrə 11197,90 manat, faiz borcu üzrə 2264,04 manat olmaqla, cəmi 13461,94 manat təşkil etmişdir. Kreditin xx.xx.2022-ci il tarixində tam geri ödənilməsi üçün tələb olunan vəsait isə əsas borc üzrə 11 197,90 manat, faiz borcu üzrə isə müvafiq kredit Razılaşmasının 2.3 bəndinə əsasən 46.66 manat və 3.3.2 bəndinə əsasən 466,58 manat olmaqla, cəmi 11711,14 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəii ödəniş tapşırığına əsasən müştərinin Bank Respublikadakı hesabından AccessBankdakı hesabına 11720 manat məbləğində vəsait daxil olmuşdur. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin (https:7www .accessbank. az/az/our-bank/general/terms-and-conditions,php)3.5-ci bəndinə əsasən cari hesabdan vəsaitin köçürülməsi Müştərinin yazıb sərəncamları və (və yə) Elektron Ödəmə tapşırıqları əsasında aparılır. Müştəri tərəfindən təqdim edilən yuxarıda qeyd edilmiş ödəniş tapşırığı müştərinin AccessBankdakı hesabı üzrə deyil, Bank Respublikadakı hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. Müştəri daha sonra onun AccessBank-da olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam verməmişdir. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin 3.17-ci bəndinə əsasən X1 və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaiti, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqını və bank hesabına səhvən mədaxil edilmiş məbləğləri ödəmə tarixlərindən etibarən Müştərinin Bankdakı hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silmək hüququna malikdir. Bu bənd üzrə hesabdan silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixə olan Valyuta Məzənnəsi əsasında həyata keçiriləcək. 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasının 4.1.2. Kredit alan kredit hissəsini, faizi və/və ya ödəməli olduğu digər məbləğləri Ödəniş Planı üzrə ödəyə bilmədikdə, banka ödənilməli olan kredit hissəsini, faizi və penyanı Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada şərtsiz silmək hüququna malikdir. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin 3.17 bəndinə və 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən Müştərinin AZ82ACAB******************** saylı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Bu əməliyyatlar hesabdan çıxarışda da əks olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edirik ki, Müştərinin cari hesabından vəsaitlərin silinməsi qanuna uyğun aparılmış və Müştərinin bank hesabı üzrə sərəncam vermə hüququna qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Müştərinin cari tarixə (xx.xx.2023-ci il) olan borcu 1867,80 manat əsas borc, 50,86 manat faiz borcu və 22,04 manat cərimə borcu olmaqla, cəmi 1940.70 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquq yardım xidməti üçün 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin bank hesabına köçürür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh QSC ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixli №li 027L**********98 Uzunmüddətli Kredit Müqaviləsi üzrə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən, müvafiq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 2,08 % dərəcəsi ilə 18000 manat məbləğin kredit verilmişdir. İddiaçının kredit hesabından çıxarışa əsasən Kreditin xx.xx.2022-ci il tarixində tam geri ödənilməsi üçün tələb olunan vəsait 1197,90 manat əsas borc, faiz borcu üzrə isə müvafiq kredit Razılaşmasının 2.3 bəndinə əsasən 46.66 manat və 3.3.2 bəndinə əsasən 466,58 manat olmaqla, cəmi 11711,14 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətindəki hesabına kreditin tam bağlanması üçün 11720 manat məbləğində vəsait köçürülmüşdür. Cavabdeh QSC tərəfindən İddiaçı daha sonra onun AccessBank-da olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam vermədiyini əsas götürərək xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən İddiaçı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Nəticədə İddiaçı xx.xx.2023-ci il tarixə müqavilə üzrə 1867,80 manat əsas borc, 50,86 manat faiz borcu və 22,04 manat cərimə borcu olmaqla, cəmi 1940.70 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh QSC hesabından pul vəsaitinin silinməsinə dair yazılı sərəncamı olmasa da, hesaba pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığında pulun vəsaitinin onun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülməsinin təyinatı birbaşa olaraq kreditin tam bağlanması üçün göstərilmişdir. Bu səbəbdəndir ki, iddiaçı tərəfindən bundan sonra müqavilə üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Həmçinin, iddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülən məbləğ iddiaçının həmin banka məbləğin köçürüldüyü tarixə olan borcu həcmində olmuşdur. Buna baxmayaraq, cavabdeh bank tərəfindən iddiaçının hesabına köçürülən məbləğ onun öhdəliyinin tamamilə icrası hesabına aid edilməmişdir. Lakin, aylıq ödənişlər ödəmə tarixlərindən etibarən Müştərinin cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Məhkəmə hesab edir ki, bank tərəfindən iddiaçının hesabına kreditin tamamilə ödənilməsi məqsədilə banka olan borcu həcmində vəsaitin köçürülməsinin bilinməsinə baxmayaraq, həmin vəsaitin ödəliyin tamamilə icrası kimi qəbul edilməməsi, həmin vəsaitdən aylıq ödənişlərin silinməsi, bunun nəticəsində də iddiaçının hesabına borcun hesblanması əsassız olmuşdur. Odur ki, iddiaçı hesablanmış borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh QSC tərəfindən xx.xx.2021-ci il tarixli, 027R********** saylı müqavilə üzrə İddiaçı əsassız hesablanmış 1867.80 (bir min səkkiz yüz altmış yeddi manat səksən qəpik) manat əsas borc, 50.86 (əlli manat səksən altı qəpik) manat faiz borcu, 22.04 (iyirmi iki manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1940.70 (bir min doqquz yüz qırx manat yetmiş qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 50 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 50 manat hüquqi yardım xidməti üçün çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 50 manat məbləğində hüquqi yardım xidməti xərci Cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC tərəfindən xx.xx.2021-ci il tarixli, 027R********** saylı müqavilə üzrə İddiaçı əsassız hesablanmış 1867.80 (bir min səkkiz yüz altmış yeddi manat səksən qəpik) manat əsas borc, 50.86 (əlli manat səksən altı qəpik) manat faiz borcu, 22.04 (iyirmi iki manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1940.70 (bir min doqquz yüz qırx manat yetmiş qəpik) manat borc silinsin. Cavabdeh QSC-dən hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5026/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5026/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver