Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5031/2021 18.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə 2032,22 (iki min otuz iki manat iyirmi iki qəpik) manat əsas və 499,41 (dörd yüz doxsan doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2531,63 (iki min beş yüz otuz bir manat altmış üç qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh ara sında bağlanmış 06.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18% ödəmək şərtilə 5632,02 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalamn mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2032,22 manat əsas, 499,41 manat faiz, cəmi 2531,63 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məlikəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə ərizə daxil olaraq, iddia ərizəsinə nümayəndənin iştirakı olmadan baxılaraq, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 467nkİNSH/20 nömrəli, 06 mart 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinin məzmunundan görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18% ödəmək şərtilə 2033,00 (iki min otuz üç) manat məbləğində krediti mülkiyyətinə verir və ona bank hesabı açır. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı 27.11.2014-cü il tarixli 544tkİNSH/14 saylı müqavilənin bağlanması, məbləğ 2032,22 manat. Müqavilənin 1.4-cü bəndinə əsasən, bu müqavilə üzrə ayrılmış kreditin təyinatı 27.11.2014-cü il tarixli 544tkİNSH/14 saylı müqavilə üzrə qalıq borcun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" X2 Səhmdar Cəmiyyəti arasında bağlanmış 467nkİNSH/20 nömrəli, 06 mart 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən, cavabdehin "xxxx" X2 Səhmdar Cəmiyyətinə 2032,22 (iki min otuz iki manat iyirmi iki qəpik) manat əsas və 499,41 (dörd yüz doxsan doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2531,63 (iki min beş yüz otuz bir manat altmış üç qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 6 aprel 2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit və faiz borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 467nkİNSH/20 nömrəli, 06 mart 2020-ci il il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh əsas borc üzrə 2032,22 (iki min otuz iki manat iyirmi iki qəpik) manat və 499,41 (dörd yüz doxsan doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2531,63 (iki min beş yüz otuz bir manat altmış üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2032,22 (iki min otuz iki manat iyirmi iki qəpik) manat əsas və 499,41 (dörd yüz doxsan doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2531,63 (iki min beş yüz otuz bir manat altmış üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5031/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5031/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver