Məhkəmə qərarları › İş №2(004)-5033/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5033/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5033/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 02L000004579 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 02R000033551 nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 562,66 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc; xx.xx.2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020ci il tarixədək ödənilməmiş qalan 104,49 manat əsas borc; xx.xx.2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 558,15 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 562,66 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 692,64 manat pulun cavabdehlər (borcalan) Cavabdeh1, (zaminlər) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətibnə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə bankın borcalanla bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 18 ay müdətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 12.500 ABŞ dolları kredit götürülmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcu olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamış və götürdüyü kredit borcundan banka 11937.34 ABŞ dollarını ödəmiş, 562.66 ABŞ dolları borcu qalmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə cavabdeh “xxxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5.000 manat kredit götürmüşdür. Tərəflərin imzaladığı xx.xx.2016-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamış, götürdüyü kredit borcundan 4.895,51 manat ödəmiş, 104.49 manat borcu qalmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə “xxxxxxxxxxx” QSC ilə cavabdehin bağladığı xx.xx.2016-cı il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1.965 manat kredit götürülmüşdür. Borclu kredit razılaşmasının tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamış, götürdüyü kredit borcundan 1.406,85 manat ödəmiş, 558,15 manat borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icrasının təmini məqsədilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsindən boyun qaçırmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən kreditor İddiaçı QSC borcalan Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Cavabdeh1 veriləcək kredit məbləği və müddəti ayrıca bağlanmış kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2014-cü il tarixli 02R000033551 nömrəli kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 18 ay müdətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərtilə 12.500 ABŞ dolları kredit vermişdir. xx.xx.2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5.000 manat kredit vermişdir. xx.xx.2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1965 manat kredit vermişdir. Kredit müqavilələrinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı, Cavabdeh4 arasında xx.xx.2016-cı, Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlər zaminlik müqavilələri əsasında borcalan Cavabdeh1 kredit razılaşması üzrə öhdəliyini icra etməsinə görə borcalanla birgə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit xətti, kredit razılaşması və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği, kredit xətti müqaviləsinin və kredit razılaşmalarının şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. İddiaçı QSC-nin borc cədvəlindən müəyyən edilir ki, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək 562,66 ABŞ dolları əsas borc, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək 104,49 manat əsas borc, xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək 558,15 manat əsas borc yaranmışdır. Borcalan öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin borcun ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 02L000004579 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 02R000033551 nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 562,66 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc; xx.xx.2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020ci il tarixədək ödənilməmiş qalan 104,49 manat əsas borc; xx.xx.2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 558,15 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 562,66 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 692,64 manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zaminlər) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 02L000004579 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 02R000033551 nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 562,66 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc; xx.xx.2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 104,49 manat əsas borc; xx.xx.2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə verilmiş vəsaitdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 558,15 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 562,66 (beş yüz altmış iki ABŞ dolları almış iki sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 692,64 (altı yüz doxsan iki manat altmış dörd qəpik) manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zaminlər) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar