Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5040/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edib, Cavabdeh tərəfindən yaşıllığa vurulmuş 720 (yeddi yüz iyirmi) manat ziyan məbləğinin X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində “ağac kəsilməsi” barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Rahib Tağıyev küçəsi, ev 40 ünvanında ümumi istifadədə olan həyətə baxış keçirilərkən köküstə yaş bioloji inkişafda olan 1 ədəd Heyva ağacının (dm=11 sm) Cavabdeh tərəfindən tikinti işləri zamanı kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. Faktla bağlı İdarə tərəfindən İXM-nin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat əsasında Cavabdeh təqsirli bilinərək 2200 (iki min iki yüz) manat cərimə edilməsinə dair 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərarı və sözügedən qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5746/2025 saylı (həmçinin Bakı Apellyasiya Məhkəməsinin) Qərarları mövcuddur. Eyni zamanda həmin köküstə yaş 1 (bir) ədəd Heyva ağacının Cavabdeh tərəfindən qanunsuz kəsilərək məhv edilməsinə yol verilməsi nəticəsində yaşıllığa 720 (yeddi yüz iyirmi) manat məbləğində ziyan vurulmuşdur. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 3cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən yaşıllıqlara dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X2 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Beləliklə xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 1 (bir) ədəd Heyva ağacının kəsilərək məhv edilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmiş Cavabdeh tərəfindən 720 (yeddi yüz iyirmi) manat məbləğində ziyanın X2 üzrə dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, ağacı kəsməmişdir. O, izahatda deyilənləri də yazmamış, yazılanlar onun sözləri deyil. Həmin evdə o yaşayır. Hazırda ona qarşı irəli sürülmüş pul məbləğini (müəyyən edilmiş cəriməni) ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X1 izahatına əsasən ailəsi ayrıldıqdan sonra Rahib Tağıyev, ev 40 ünvanındakı atasının tikdiyi evlər keçmiş həyat yoldaşı ilə aralarında məhkəmə tərəfindən istifadə sahələrinə bölünmüşdür. Həyət isə ümumi istifadədədir. Bir neçə ay bundan əvvəl əncir ağacının həyətdə kəsildiyini görmüşdür. Ağacı niyə kəsdiklərini soruşduqda onu təhqirlərlə qarşıladılar. xx.xx.2024-cü il tarixdə evə gəldikdə ikinci ağacın kəsildiyini görmüşdür. Ağacın kəsilməyinə etiraz etmiş, niyə kəsdiklərini soruşduqda “mən kəsmişəm əcəb eləmişəm” cavabını vermişlər. Bu sözlərin video yazısı onda qalıb. Öyrənmişdir ki, bu halın qarşısını almaq üçün 168 qaynar xəttə müraciət etmək olar. O, xx.xx.2024-cü il tarixdə qaynar xəttə müraciət etmiş, ona bu problemin həllində köməklik göstərilməsini xahiş etmişdir. Ağacın tikinti aparmaq məqsədilə kəsmişdilər. - Cavabdeh izahatına əsasən yaşadığı ünvanda tikinti işləri aparan zaman 1 ədəd heyva ağacının maneə törətdiyinə görə kəsmiş, yaşadığı evin və torpaq sahəsinin çıxarışı yoxdur. Ağacın kəsilməsinin qanunsuz olduğunu bilməmiş, bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın surətindən müəyyən olunur ki, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 40 ünvanında tikinti işləri zamanı 1 ədəd köküstə yaş (dm=11 sm) heyva ağacının kəsilərək məhv edilməsi faktı aşkar olunduğundan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1ci maddəsi ilə təqsirli bilinmiş və 2200 manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar MN №211322 saylı, 17 sentyabr 2024-cü il tarixli protokol əsasında tərtib olunmuşdur. - xx.xx.2024-cü il tarixli 86794 saylı akta əsasən yaşıllığa dəymiş ziyanın hesablanması haqqında cədvələ əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə 1 ədəd heyva ağacının məhv olması nəticəsində təbiətə dəymiş ziyan 720 manat təşkil edir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 86794 saylı, xx.xx.2024-cü il tarixli aktına əsasən ünvan 1 ünvanında yaşayan X3 tərəfindən Nazirliyin “168 Çağrı Mərkəzinə” daxil olmuş “Həyətindəki ağacları kəsiblər. Tədbir görülməsini istəyir.” məzmunlu müraciətlə əlaqədar tərəflərindən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı şikayətçi Ümid Həsənov yazılı izahat verərək “keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə 1 ədəd əncil və 1 ədəd heyva olmaqla 2 ədəd ağacın kəsildiyini” bildirmiş, lakin işdə olduğuna görə araşdırmada iştirak etməkdən imtina etmişdir. Araşdırma ilə əlaqədar Cavabdeh yazılı izahat verərək “yaşadığı ünvanda tikinti işləri aparılan zaman 1 ədəd heyva ağacını maneə yaratdığına görə kəsdiyini və torpaq sahəsinin çıxarışının olmadığını bildirmişdir. Əraziyə keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılan zamanı köküstə yaş bioloji inkişafda olan 11 sm diametrli 1 ədəd köküstə yaş heyva ağacının kökboğazından kəsilərək məhv edildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh ünvanladığı 01 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuş ve xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1ci maddəsi əsasında inzibati qaydada 2200 (iki min iki yüz) manat məbləğində cərimə tətbiq edilmiş, 720 (yeddi yüz iyirmi) manat məbləğində z[yan hesablanmışdır. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün göndərilmiş və bildirilmişdir ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə aşağıdakı hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi bildirilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənıimədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 fatzi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5746/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayətçi Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddia tələbi 1 ədəd köküstə yaş (dm=11 sm) heyva ağacının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 40 ünvanında tikinti işləri zamanı 1 ədəd köküstə yaş (dm=11 sm) heyva ağacının kəsilərək məhv edilməsi müəyyən olunmuşdur. Faktla bağlı 86794 saylı, xx.xx.2024-cü il tarixli akt, MN №211322 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında İdarənin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Cavabdeh fiziki şəxs qismində 2200 (iki min iki yüz) manat məbləğində cərimə olunmuşdur. Cərimə məbləği cavabdeh tərəfindən qanunla müəyyən edilmiş vaxtda könüllü olaraq ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Hal-hazırda iddiaçı təbiətə dəymiş ziyanla bağlı 720 (yeddi yüz iyirmi) manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə ağacı kəsmədiyini, müəyyən edilmiş cəriməni ödəməyə imkanı olmadığını bildirərək, iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən yaşıllıqlara dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X2 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5746/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətçi Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən fiziki şəxs qismində 2200 manat cərimə edilmişdir. Həmin qərardan Cavabdeh şikayət vermiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5746/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməyərək, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında tikinti işləri zamanı 1 ədəd köküstə yaş (dm=11 sm) heyva ağacının kəsilərək məhv edilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”na görə hesablanmaqla 720 manat məbləğində təbiətə ziyan vurmuşdur. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (“X2 üzrə Dövlət Fondu”na VOEN **********, Hesab: AZ67CTRE********************, Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5040/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5040/2025
25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver