Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5054/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayındəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 6000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2022-ci ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2022-ci il tarixdə 1700 ABŞ dolları (2890 manat) və 110 manat, xx.xx.2022-ci il tarixdə 3500 ABŞ dolları (5950 manat) borc almışdır. Lakin, cavabdeh öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı nümayındəsi və vəkili Nümayəndə izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli 32 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən olunur ki, göstərilən məbləğ notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müəyyən olunur ki, Borc alan Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan yazılı qəbzlərə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2022-ci il tarixdə 1700 ABŞ dolları (2890 manat) və 110 manat, xx.xx.2022-ci il tarixdə 3500 ABŞ dolları (5950 manat) borc almışdır. İş materiallarına pretenziya məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 və 740.2-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış kredit müqavilərinin şərtləri və MM-in 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli 32 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən olunur ki, göstərilən məbləğ notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müəyyən olunur ki, Borc alan Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Yazılı qəbzlərə əsasən Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2022-ci il tarixdə 1700 ABŞ dolları (2890 manat) və 110 manat, xx.xx.2022-ci il tarixdə 3500 ABŞ dolları (5950 manat) borc almışdır. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2022-ci il tarixdə 1700 ABŞ dolları (2890 manat) və 110 manat, xx.xx.2022-ci il tarixdə 3500 ABŞ dolları (5950 manat) borc alması ilə bağlı yazılı qəbzləri yazılı müqavilə kimi nəzərə alır. Belə ki, həmin yazılı qəbzlərə əsasən müqavilənin predmeti (pul məbləği), razılaşmanın əldə edilmə tarixi və öhdəliyin icrası tarixi və üsulu göstərilmiş, Borc alan tərəfindən imza və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Odur ki, müqavilələrin forma baxımından etibarsızlığı xüsusatları müəyyən edilmir. Deməli, tərəflər arasındakı hüquq münasibətləri etibarlı müqavilələrə əsaslanır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 153 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh xx.xx.2022-ci il tarixli 32 nömrəli kredit müqaviləsinə əsasən 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1700 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixin məzənnəsinə uyğun olaraq) və 110 (yüz on) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3500 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixin məzənnəsinə uyğun olaraq), dövlət rüsumu olaraq ödənilmiş 153 (yüz əlli üç) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 32 nömrəli kredit müqaviləsinə əsasən 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1700 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixin məzənnəsinə uyğun olaraq) və 110 (yüz on) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3500 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixin məzənnəsinə uyğun olaraq), dövlət rüsumu olaraq ödənilmiş 153 (yüz əlli üç) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5054/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5054/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver