Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5056/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təqsirli hərəkətləri nəticəsində ona dəymiş 7330 manat məbləğində maddi ziyanın və 104 manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Toyota Prius” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən 28 fevral 2022-ci il tarixdə etibarnamə əsasında idarə edilməsi üçün Cavabdeh verimişdir. 27 iyul 2022-ci il tarixdə Cavabdeh Bakı Qazax yolunun 5-ci km-də yol nəqliyyat hadisəsi törədərək mülkiyyətində olan avtomobili yararsız hala salmışdır. Törətdiyi hadisə ilə əlaqədar cavabdeh qanunazidd əməlinə görə AR DİN Baş DYP İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunaraq cərimələnmişdir. İddiaçı cavabdehdən avtomobilə vurulmuş ziyanı aradan qaldırılmasını tələb etdi. O, əvvəlcədən maddi ziyanı aradan qaldıracağına söz versə də, sonradan sözünə əməl etməyərək bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Avtomobilinə vurulmuş ziyanın dəyərini müəyyən etmək üçün Bakı şəhəri "xxxx" MMC-yə müraciət etdi. Həmin MMC-nin ona təqdim etdiyi 36 saylı nöqsan aktına əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 7330 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, **- RY-*** dövlət nömrə nişanlı, X3 markalı avtomobil İddiaçı tərəfindən Cavabdeh avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP5174070 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh **-RY-*** dövlət nömrə nişanlı X3 markalı avtomobillə xx.xx.2022-ci il tarixində, saat 15:30-da yol-nəqliyyat hadisəsi törədərək, İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan DİN Baş DYP İdarəsində xx.xx.2022-ci il tarixində Cavabdeh alınmış izahata əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində idarə etdiyi “Toyota” markalı **-RY-*** nömrəli avtomobillə Bakı-Qazax yolunun 5 km.-də Bakı istiqamətində hərəkət edərkən qarşısına “Range Rover” markalı **-BP-*** nömrəli avtomobili arxadan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmadı. Həmin avtomobilin sürücüsü sərxoş deyildi. İzahat sözləri ilə yazılıb imzası ilə təsdiq olunmuşdur. İş materiallarına olan DİN Baş DYP İdarəsində xx.xx.2022-ci il tarixində X1 alınmış izahata əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində idarə etdiyi **-BP-*** “Range Rover” markalı avtomobillə Bakı-Qazax yolunun 5 km.-də Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman arxadan “Toyota Prius” markalı **-RY-*** nömrəli avtomobil onun avtomobilini vurdu. Hadisə zamanı bədən xəsarəti alan olmadı. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 avqust 2022-ci il tarixli, 36 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan, İddiaçı məxsus “Toyota Prius” minik markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən 7330 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, cavabdeh iddiasını qismən qəbul edir, vurulmuş ziyanın əvəzi kimi 2000 manat ödəməyə razıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SN-50 saylı mütəxəssis rəyindən görünür ki, “Toyota Prius” minik markalı **-RY-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 6950 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamə verilən **-RY-*** dövlət nömrə nişanlı X3 markalı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SN-50 saylı mütəxəssis rəyindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomobilə dəymiş ziyan 6950 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan **-RY-*** dövlət nömrə nişanlı X3 markalı avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 6950 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 6950 manat məbləğində təmin edildiyindən ödənilmiş dövlət rüsumu də tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 104 manat məbləğində deyil, 89,5 manat məbləğində təmin edilməklə cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 6950 (altı min doqquz əlli) manat və ödənilmiş 89,5 (səksən doqquz manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5056/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5056/2022
01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver