Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5083/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas məbləğ üzrə 6825 manat məbləğində borcun, 115 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh oglu arasında alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 14500(on dörd min beş yüz) manat olmaqla mal almışdır. Həmin məbləğin 2500(iki min beş yüz) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 12000(on iki min) manatı X1 əsasən qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 6825(altı min səkkiz yüz iyirmi beş)manat, cərimə borcu isə 115(bir yüz on beş)manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra "Alıcı" hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində "Satıcı"ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək "Satıcı”nın özündə qalır. "Alıcı" mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. "Alıcı" malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda "Satıcı" istənilən vaxt malı "Alıcı"dan geri götürə bilər. Ona görə də, əsas məbləğ üzrə 6825 manat məbləğində borcun, 115 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əsas məbləğ üzrə 6825 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, ümumi dəyəri 14500 manat olmaqla avadanlıqlar İddiaçı MMC-dən almışdır. Həmin məbləğdən 2500 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 12000(on iki min) manatı X1 əsasən qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İlk vaxtlar borcunu vaxtında tam şəkildə hər ay ödəyirdi. Sonradan avadanlıqlarda olan nasazıqlar, eyni zamanda pandemiya səbəbindən ödənişləri vaxtında edə bilməmişdir. Bu günə əsas məbləğ üzrə qalıq borc 6825(altı min səkkiz yüz iyirmi beş)manatdır. Borcu ödəməyi öhdəsinə götürür, lakin hər ay 100 manat olmaqla ödəmə imkanı vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 14500 (on dörd min beş yüz) manat məbləğində texniki avadanlıqları nağd və ya hissə-hissə olmaqla alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən Qiymətlərin Razılşadırma protokollarında qeyd olunan malın ümumi dəyəri 14500 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı alınan malın dəyərinin ümumi razılşadırılmış məbləğinin 2500 manat ilkin ödənişini dərhal edir, qalıq məbləği 18 aydan gec olmayaraq satıcıya ödəniş qəbzləri əsasında ödəyir. 31 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd Melissa, 1 ədəd Tənzimləyici stabilizator Andeli, 1 ədəd Kuşetka sadə, 1 ədəd kosmetoloji stul, 1 ədəd lampa lupa, 1 ədəd Maşınka,1 ədəd Roll up avadanlıqları təhvil verən İddiaçı MMC tərəfindən təhvil alan Cavabdeh təhvil verilmişdir. 31 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşma protokolundan (Əlavə 1) görünür ki, alqı-satqı qiyməti 14500 (on dörd min beş yüz) manat məbləğində texniki avadanlıqlar üzrə ödənişlər ilkin ödəniş 2500 manat olmaqla, qalıq məbləğ 12 000 manat məbləğində borcu 18 ay müddətinə hər ay 670 manat, (sonuncu ay 610 manat) İddiaçı MMC-nə ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. 29 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşma protokolundan (Əlavə 3) görünür ki, qalıq məbləğ 7850 manat məbləğində borcu 13 ay müddətinə hər ay 700 manat, (sonuncu ay 650 manat) İddiaçı MMC-nə ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib edilmiş 044 saylı 22 iyul 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçınə 31 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 6825 (altı min səkkiz yüz iyirmi beş) manat ödənilməmiş hissə və 115 (yüz on beş) manat cərimə borcu vardır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 12 avqust 2020-ci il və 19 fevral 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 22 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, 1 ədəd Melissa, 1 ədəd Tənzimləyici stabilizator Andeli, 1 ədəd Kuşetka sadə, 1 ədəd kosmetoloji stul, 1 ədəd lampa lupa, 1 ədəd Maşınka,1 ədəd Roll up avadanlıqları almış və nəticədə 6825 (altı min səkkiz yüz iyirmi beş) manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təminedilməli, Cavabdeh 31.10.2019-cu il tarixli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd Melissa, 1 ədəd Tənzimləyici stabilizator Andeli, 1 ədəd Kuşetka sadə, 1 ədəd kosmetoloji stul, 1 ədəd lampa lupa, 1 ədəd Maşınka,1 ədəd Roll up avadanlıqlarının dəyərindən ödənilməmiş qalan 6825 manat əsas borc tutularaq İddiaçınə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6825 (altı min səkkiz yüz iyirmi beş) manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5083/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5083/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver