Məhkəmə qərarları › İş №2(004)-5087/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5087/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5087/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh rəsmi nikahından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşağ üçün 170 manat məbləğində olmaqla cəmi 340 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2001-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Bu nikah-dan onların xx.xx.2003-cü ildə Qaniyeva Nəzrin və Zərifə adlı əkiz övladları dünyaya gəlmiş və boşanmadan sonra uşaqlar anaları İddiaçı himayəsinə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli iş № 2(004)-9449/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh aid nikah pozulmuşdur. Nikah pozularkən Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respub-likasının Qanunu haqqında Prezident Sərəncamına əsasən yetkinlik yaşına çat-mayan uşaqlar üçün yaşayış minimumu 117 manat müəyyənləşdirilmişdir. Nikahın pozulmasından dörd il müddət keçmişdir, Azərbaycan manatı kəskin devalivasiyaya uğramış, iddiaçının himayəsində olan uşaqlar böyümüş, təlabatları artmışdır. İddiaçının tələbi ilə xx xxxxxxx 2017-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-7031/2017 saylı qərarı ilə alimentin miqdarı artırılaraq hər uşağa 154 manat olmaqla cəmi 308 manat təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Tərəflərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan AZ-İ 269133 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 167 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 880459 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 880458 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli iş № 2(004)-9449/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh aid nikah pozulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-9449/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması, uşaqların ananın yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 117 manat məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra İddiaçı alimentin artırılması tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-7031/2017 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 154 manat olmaqla cəmi 308 manat təyin edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə artırılmış aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2003-cü il təvəllüdlü X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2003-cü il tarixdə anadan olmuş olmuş X3 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar