Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5089/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxx” BOKT Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” BOKT Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ilə məhkəməyə müraciət edərək, “FinTrend” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli N43-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 648,62 manat əsas borc, 156,64 manat faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində 102,15 manat məbləğində cərimə borcu, ümumilikdə 907,41 manat ümumi borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxx” BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “FinTrend” X2 Təşkilatı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ödəniş planına uyğun olaraq 24 ay müddətinə ödəmək şərti ilə 1305,93 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də o, öhdəliyi yerinə yetirmir. Borclunun həmin kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 648,62 manat və faiz borcu üzrə 156,64 manat, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cərimə borcu 102,15 manat, cəmi borcu 907,41 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat vermərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə «xxxxxxxxx» BOKT QSC arasında xx.xx.2018-ci il tarixli N43-0***-******* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdehə 24 ay müddətinə 1305,93 manat məbləğində kredit verilmişdir. İş materiallarında maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli N43-0***-******* saylı kredit müqaviləsi üzrə «xxxxxxxxx» BOKT QSC-yə xx.xx.2020-ci il tarixə 648,62 manat əsas borcu və 258,79 manat faiz borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz borcun tutulması hissələrində əsaslıdır və təmin edilməli, Cavabdeh 648,62 manat əsas, 156,64 manat faiz, 102,15 manat cərimə borcu olmaqla cəmi 907,41 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxx” X2 X1 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 648,62 (altı yüz qırx səkkiz manat altmış iki qəpik) manat əsas, 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat faiz, 102,15 (yüz iki manat on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 907,41 (doqquz yüz yeddi manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxx” X2 X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5089/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5089/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver