Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5118/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1154 (bir min yüz əlli dörd) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1184 (bir min yüz səksən dörd) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC 14.09.2021-ci il tarixdə ərizə göndərərək 2(004)-5118/2021 saylı mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-108/2021 saylı, 08.06.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-134/2020 saylı, 29.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdən müəyyən edilir ki, Cavabdeh2 qəsdən tamah niyyəti ilə qardaşı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək, 16.03.2020- ci il tarixdə saat 17:30-da ünvan 1 ünvanında yerləşən “TexnoMart” məişət avadanlıqları, kompüter və aksessuarların satışı mağazasına müştəri qismində daxil olma görüntüsü yaradaraq aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə əsasən Cavabdeh1 mağazanın satıcısının fikrini yayındırmasından və olduğu yerdə mağaza işçilərinin olmamasından istifadə edərək, satış üçün mağazanın vitrininə qoyulmuş "xxxx" MMC-yə məxsus bir ədəd “Acer-ES-576G” markalı noutbuk tipli kompüteri götürüb, əynində olan gödəkçəsinin altına qoymaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs "Ultratek” MMC- yə 1154 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Göründüyü kimi, "xxxx" MMC qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxslər X1 və Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə vurulmuş maddi zərərin tələb edilməsi ilə bağlı isə cinayət işinə baxmış məhkəməyə mülki qaydada müraciət edilməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-108/2021 saylı, 08.06.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh1 qardaşı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək 16.03.2020-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanında yerləşən “TexniMart” məişət avadanlıqları, kompüter və aksesuarların satışı mağazasına müştəri qismində daxil olma görüntüsü yaradaraq aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə əsasən Cavabdeh1 mağazanın satcısının fikrini yayındırmasından və olduğu yerdə mağaza işçilərinin olmamasından istifadə edərək satış üçün mağazanın vitrinində qoyulmuş "xxxx" MMC-yə məxsus olan bir ədəd “Acer-ES-576G” markalı noutbuk tipli kompüteri götürüb əynində olan gödəkçəsinin altına qoymaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə 1154 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. İşin mübahisəsiz halı odur ki, cavabdehlər iddiaçıya məxsus olan mağazadan “Acer- ES-576G” markalı noutbuk tipli kompüteri oğurlayaraq iddiaçıya maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdehdən 1154 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1184 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçıya məxsus olan əmlakınkompüterin cavabdehlər tərəfindən oğurlanaraq iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1154 (bir min yüz əlli dörd) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1184 (bir min yüz səksən dörd) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1154 (bir min yüz əlli dörd) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1184 (bir min yüz səksən dörd) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5118/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5118/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver