Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5129/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı ASC-nin (əvvəlki “xxxxxx” İKB ASC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli 3-Y-1-0-165-18 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2018-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 2.400,10 manat əsas, 331,2 manat faiz, 71,73 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.833,03 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı «xxxxxx» İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün illik 27 faiz olmaqla 36 ay müddətinə 5.000 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Cavabdeh banka xx.xx.2020-ci il tarixə 2.400,10 manat əsas, 331,2 manat faiz, 71,73 manat cərimə olmaqla, cəmi 2.803,03 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi X1 04.112020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, xx.xx.2018-ci tarixli 3-Y-1-0-165-18 nömrəli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün illik 27 faiz olmaqla 36 ay müddətinə 5.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin verdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2020-ci il tarixə banka 2.400,10 manat əsas, 331,2 manat faiz, 71,73 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, “xxxxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2018-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 2.400,10 manat əsas, 331,2 manat faiz, 71,73 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.833,03 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli 3-Y-1-0-165-18 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci tarixli 3-Y-1-0-165-18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.400,10 manat əsas, 331,2 manat faiz, 71,73 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.833,03 (iki min səkkiz yüz otuz üç manat üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5129/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5129/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver