Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5134/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızının nümayəndəsi (atası) – Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızının Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 dekabr 2017-ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2023-cü il 2(004)-2992/2023-cü il Yasamal rayon Məhkəməsənin qətnaməsi üzrə tutulan aliment məbləğinin dəyişdirilərək cavabdehin qazancı və başqa gəlirlərindən hər uşağın saxlanması üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğinin indeksasiyasına uyğun olaraq hər ay 220 manat - cəmi 440 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıyeva (Hüseynli) X2 Azad Rasim oğlu ilə 27 mart 2017- cı ildə nikaha daxil olmuş və bu nikahdan 19 dekabr 2017-ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X5 doğulmuşlar. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(004)-2992/2023-cü il qətnaməsi ilə ninah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə xx.xx.2023 cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda atasının iş yeri üzrə əmək haqqının az göstərilməsi müəyyən olduğu üçün alimentin stabil rəqəm olaraq hər uşağa görə dövlət tərəfindən nəzərdə tutulmuş minimum 220 manat cəmi 440 manat ondan tutularaq uşaqların saxlanması üçün Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızma ödənilməsi daha məqsədəuyğun olduğu üçün məhkəməyə müraciət olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızının nümayəndəsi (atası) – Nümayəndə iddia tələbin müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilən aliment uşağın xərclərini ödəməyə yetərli deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, alimentin ödənilməsində çətinlik çəkir və artırılması üçün imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2992/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 19 dekabr 2017-ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin hər ay qazancının 1/3 hissəsi məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 19 dekabr 2017ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19 dekabr 2017-ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 19 dekabr 2017-ci il təvəllüdlü X4 və 25 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Hacıyeva (Hüseynli) Dərya Möhübbət qızına ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5134/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5134/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver