Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5135/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Respublika ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və X1 həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 2771.27 manat əsas borcun, 12.79 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 2814.06 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı 21.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdeh bankdan 60 ay müddətinə, 21.05.2024-cü ilədək qaytarmaq və illik 1 faiz ödəmək şərti ilə aldığı 3150,71 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 18.06.2021ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 2771.27 AZN; b) faizlər üzrə 12.79 AZN; c) cərimə üzrə 00.00 AZN təşkil edir. Borcalan və bağladığı 21.05.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zamin Mönsüm Bayramov dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında iddiaçı Bank Respublika ASC-nın nümayəndəsi Nümayəndə2 iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyini, ona görə də Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və X1 həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 2571,27 manat əsas borcun, 12,79 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 2614,06 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 21.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ilə restrukturizasiya olunan kredit borcunun qalıq məbləği 3150,71 manat pulu 60 ay müddətinə illik 1%-lə ödəməyi öhdəsinə götürmüşdür. İlk vaxtlar krediti vaxtı-vaxtında ödəyirdi. Pandemiya səbəbindən bir müddət gecikmələri olmuşdur. Hal-hazırda bankın məhkəmədə ona qarşı iddia qaldırmasına baxmayaraq, ödənişləri davam etdirir. Əvvəlki məhkəmə iclasında iştirak edən X3 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, 21.05.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 vaxtı-vaxtında ödəniş edirdi. Onun borcunun ödənilməsinə vaxt verilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 3150,71 (üç min yüz əlli manat yetmiş bir qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 21.05.2019-cu il tarixli 009FİZAM39254502 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin X3 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2571,27 manat məbləğində əsas, 12,79 manat məbləğində faiz borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişin surətlərindən görünür ki, Bank Respublika ASC-nin cavabdehlərə ünvanladığı 19.05.2021-ci il tarixli 02/251 saylı xəbərdarlıqdan müəyyən olunur ki, yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 (üç) gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 27.07.2021-cı il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 arasında bağlanmış 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya şəxsi fəaliyyət məqsədləri üçün illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 3150,71 (üç min yüz əlli manat yetmiş bir qəpik) manat məbləğində kredit verilmişdir. 21.05.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən zamin X3 qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh krediti alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə hesablanmış borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə iddiaçı Bank Respublika ASC qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.05.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X1 əsas borc üzrə 2571,27 manat, faiz borcuna görə 12,79 manat, cəmi 2584,06 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçı Bank Respublika ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında 21.05.2019-cu il tarixli 009CASA191410012 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada əsas borca görə 2571,27 manat, faiz borcuna görə 12,79 manat, cəmi 2584,06 (iki min beş yüz səksən dörd manat altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5135/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5135/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver