Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5138/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 3000 manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi, cavabdehdən ödədiyi 50 manat dövlət rüsumunun, 115 manat kredit müqaviləsi haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 iyul 2023-cü il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusunda onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin 2-ci bəndində göstərildiyi kimi o, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusunda 3000 manat borc pul verdi Yuxarıda sözügedən kredit müqaviləsi 03 iyul 2023-cü il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən reyestr 3M-1049 № ilə təsdiq edilmişdir. Müqavilədə göstərilən müddətdən keçsə də, cavabdeh göründüyü kimi kredit götürdüyü məbləği ödəmək niyyətində deyildir. Baxmayaraq ki, o, dəfələrlə “borcalandan” xahiş etmişdir ki, həmin borc məbləğini hissəhissə də olsa, ona qaytarsın, lakin bu günə qədər o öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. O, Cavabdeh pretenziya qaydasında da müraciət etmiş, lakin müsbət bir nəticə əldə edə bilməmişdir. Ona görə də Cavabdeh 3000 manat borc məbləğini məhkəmə qaydasında tələb edir. Kredit müqaviləsi bağlanan zaman ondan 115 manat əlavə pul da tələb olunub, həmin 115 manat kredit müqaviləsində də qeyd edilmişdir. Bundan əlavə məhkəməyə iddia ərizəsi verilməsi üçün 50 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Ona görə də həmin pullar da cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı 3000 manat məbləğində pulu borc alan Cavabdeh borc vermiş, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 231500060 nömrəli xx.xx.2023-cü il tarixli ittiham aktına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən məhkəmə məsuliyyətinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Bakı şəhəri 19 saylı notariat ofisinin 8İ-6212 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 3000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3025 manat pul tutulması qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən 8İ-6212 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Cavabdeh icra qeydi üzrə borcu 10 gün müddətində könüllü icra etməsi ilə bağlı xəbərdar edilmişdir. Cavabdeh bildirişi xx.xx.2023cü il tarixdə imza etməklə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-6212 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh mülkiyyətində olan “VAZ 21074” markalı, 2008-ci il buraxılışlı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobilin saxlanılaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin mühafizə olunan duracağına qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 3(004)- 1935/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3000 manat məbləğində borc vermişdir. Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə İddiaçı xeyrinə Cavabdeh 3025 manat (üç min iyirmi beş manat) tutulması ilə bağlı icra qeydi aparılmışdır və notariusun apardığı icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmış, müvafiq məcburi icra tədbirləri aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı borc münasibəti üzrə icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Həmin icra sənədlərinin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.Ona görə də məhkəmə hesab edir ki, hazırda iddiaçının borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil
Məhkəmə qərarları › İş №2(004)-5138/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5138/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver