Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5139/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 420000 (dörd yüz iyirmi min) manat alınaraq iddiaçı X6 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabeh Cavabdeh 2011-ci ilin mart ayında iş qurmaq məqsədilə 150.000 (bir yüz əlli min) ABŞ dolları, 2011-ci ilin may ayında 70.000 (yetmiş min) ABŞ dolları, 2019-cu ilin sentyabr ayında 50.000 (ǝlli min) AZN borc pul vermişdir. Tərəflərin bir-birilə yaxın dostluq münasibəti olduğundan İddiaçı Cavabdeh müxtəlif vaxtlarda göstəilən məbləğləri faizsiz borc şəklində vermişdir. Bunu təsdiq edən tərəflər arasında xx.xx.2019-cu ildə 424.000 (dörd yüz iyirmi dörd min) AZN məbləğində bağlanmış sadə borc müqaviləsidir. Borclu bu məbləğdən yalnız 2022-ci ilin dekabrında iddiaçıya 4000 (dörd min) AZN qaytarmışdır. Cavabdeh iddiaçıya olan borcunu mülkiyyətində olan əmlakları satmaq yolu ilə ödəmək istəsə də, keçmiş həyat yoldaşı ilə əmlakların hərrac yolu ilə satılması barədə razılıq əldə edə bilmədiklərindən bu mümkün olmamışdır. Cavabdeh iddiaçıya olan borcunu ödəmək üçün əmlakları ilə bağlı xx.xx.2019cu ildə notarial qaydada etibarnamə vermişdir. Lakin bu yuxarıda göstərildiyi kimi mümkün olmadığından cavabdehin iddiaçıya olan borcu ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X4 qarşısında öhdəliyi vardır və öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçını çətin duruma salmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı oğlu Abdurrahmanov iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31 oktyabr 2023-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasına iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, Fərid Abdurrahmanova borclu olduğunu etiraf edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. n Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, Fərid Abdurrəhmanov ilə Cavabdeh arasında heç bir mübahisə yoxdur. Birinci nə deyirsə, hansı sənəd tərtib edirsə ikinci onunla razılaşır. Cavabdeh Fərid Abdurrəhmanova 50 il müddətinə “harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edir. Bütün bunlar sübut edir ki, Fərid Abdurrəhmanov və Cavabdeh tərəf deyillər, eyni tərəf olmaqla birləşmişlər. X16 Cərbayılova saxta borc müqaviləsində göstərildiyi kimi iş qurmaq üçün nə 2011-ci ilin mart ayında 150.000 ABŞ dolları, nə 2011-ci ilin may ayında 70.000 ABŞ dolları, nə də 2019-cu ilin sentyabr ayında 50.00 manat pul verməmişdir. Cavabdeh Əkdər oğu daxili işlər orqanlarının əməkdaşıdır, kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Bütün bunlar Şəfayə Cəbrayılovaya məxsus, onun atası tərəfindən alınmış evləri və bağ evini ələ keçirmək üçün tərəflərin birgə düşündükləri uydurmadır. Həmin borc müqaviləsi mülki hüquq və vəzifələr yarada bilməz. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsindəki “2.imza: və İİ tərəf Cavabdeh” rəqəm və sözləri ilə arasındakı imzaya və 7 sentyabr 2019-cu il tarixli etibarnamədəki Cavabdeh məxsus imzalara diqqət yetirdikdə həmin imzaların tamamilə fərqli olduğu görünür. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 07 sentyabr 2019-cu il tarixli borc müqaviləsinin sürətindən görünür ki, borcverən X9 ilə borclanan Cavabdeh Əşdər oğlu öz aralarında bu müqaviləni imzalayıblar ondan ötür ki, həqiqətin birinci tərəf X9 (borcverən) ikinci tərəfə Cavabdeh (borclanan) 2011-ci ilin mart ayında iş qurmaq məqsədi ilə 150000 (bir yüz əlli min) ABŞ dolları, 2011-ci ilin may may ayında 70000 (yetmiş min) ABŞ dolları, 2019-cu ilin sentyabr ayında 50000 (əlli min) Azərbaycan manatı borc pul verib. Bu günə müəyyən olan 1ABŞ dolları=1.7 AZN nisbətinə) bazar qiymətinə uyğun olaraq cəmi 424000 (dörd yüz iyirmi dörd min) manat ikinci tərəfin Cavabdeh (borcalanın birinci tərəf X6 (borcverənə) borcu var. X5 tərəfindən tərəfindən xx.xx.2023-cü ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yazılmış ərizədən görünür ki, İddiaçı keçmiş həyat yoldaşı X12 qarşı pul tələbinə dair 2(004)-5139/2023 saylı mülki işlə bağlı təqdim etdiyi sənədlər məhkəmədə araşdırılma materialına əlavə edilməsi və məlumat üçün göndərilir. Məlumat üçün bildirir ki, keçmiş həyat yoldaşı X10 İddiaçı çox az miqdarda borcu olmuş və həmin pulu da F. Abdurahmanov tərəfindən Cavabdeh faizlə sələmə verilmişdir. Bununla əlaqədar onda çoxsaylı şahid ifadələri vardır. İstər Cavabdeh və İddiaçı məqsədi bir-birinə qarşı borclu olmaları deyil, əslində atasının onun adına verdiyi mülkləri ələ keçirmək məqsədi daşıyır. Həmin bu mülki iş 3-cü tərəf kimi onun hüquqlarına toxunduğuna görə məhkəmədə 3-cü tərəf kimi dindirilməsinə icazə verilməyini xahiş edir. Hazırda o Kürdəmir rayonunda yaşadığından keçmiş həyat yoldaşı Cavabdeh adına gəlmiş bildirişi xx.xx.2023-cü il tarixdə almışdır. Xahiş edir ki, həmin mülki iş üzrə məhkəmə prosesində 3-cü tərəf kimi iştirakının təmin edilməsini təmin edilsin və notariusda təsdiq edilmiş etibarnamənin saxta və etibarsız hesab edilməsi barəsində məhkəməyə öz vəsatətini təqdim etməyə hazırdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16-(041)-3/2023 saylı qərardadının surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X7 cavabdehlər X3, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Cavabdeh qarşı sifariş məktublarının və hərrac bildirişlərinin qanunsuz və etibarsız hesab edilməsi barədə mülki işə mahiyyəti üzrə baxıb qurtaranadək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə və ünvan 2 yerləşən 1 nömrəli mənzilə görə hərracın keçirilməsinin dayandırılması və həmin əmlakların hərraca çıxarılması Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, "xxxx" MMC-yə və qeyrilərinə qadağan edilməsi qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-14/2018 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, Cavabdeh ilə X2 ailə münaisbətləri pozulmuşdur və bu münasibətlərin bərpası hazırki halda mümkün deyil, iddiaçı nikahlarının pozulmasına təkid edir. Məhkəmə tərəfindən verilən 3 ay vaxt ərzində tərəflərin münasibətlərində heç bir dəyişiklik baş verməyib, onlar barışmayıblar. Ona görə də, onların nikahı pozulmalı, tərəflərin birgə nikahlarından olan, hazırda anasının yanında yaşayan yetkinlik yaşına çatmayan Səbinə adında uşaq anasının yanında saxlanılmalıdır. Onun yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh aliment tutularaq anası Şəfayə Cəbrayılovaya ödənilməlidir. Bu zaman ödǝnilməli aliment sabit pul məbləği ilə müəyyən edilməldir. Tərəflər faktiki olaraq ayrıldıqdan sonra birgə nikahlarından olan uşağın atasının ona maddi yardım etməsini nəzərə alaraq alimentin tutulmasına nikahının pozulduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlanmalıdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-983/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 borca görə ödəniləcək günə bank məznnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınaraq iddiaçı X8 verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-983/2021 saylı qərardadının surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(041)-983/2021 saylı qərardadından verilmiş şikayət təmin ediılmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-534/2022 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında) yekun protokol etibarsız hesab edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-624/2022 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Cavabdeh ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 16(106)-33/2023 saylı qərardadının nəticə hissəsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 16(041)03/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-918/2021 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 3 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə iddiaçı Cavabdeh, 3/5 hissə cavabdeh X2 olmaqla naturada bölünməsi mümkün deyildir. Ona görə də ilkin iddia üzrə iddiaçı mübahisəli daşınmaz əmlaklara cavabdeh tərəfindən ona müvafiq kompensasiya ödənilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, bu olmadıqda, həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin tərəflər arasında paylarına mütənasib qaydada bölünməsini xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 5 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinə görə payına uyğun olaraq 260000 manat kompensasiya verilməklə onun paya hüququnun itirilməsi, Sadıx Dadaşov küçəsindəki 83A nömrəli binanın 1 nömrəli mənzili hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada, yəni X13 228000 manat, ona isə 342000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, X5 tərəfindən Cavabdeh ünvan 5 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinə görə payına uyğun olaraq 260000 manat kompensasiya ödənilməklə onun həmin əmlaklara olan pay hüquqlarına xitam verilməli, ünvan 6 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılaraq, satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada Cavabdeh və X3 ödənilməlidir. Kürdəmir rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(041)-983/2021 saylı qərardadının nəticicə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 9, mənzil 33-də yaşayan cavabden X2 Cavabdeh ilə birdlikdə paylı mülkiyyətldərində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 106 kv.metr olan mənzildən X2 3/5 hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 863 ünvanında 0,0010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.metr olan Bağ evindən X2 3/5 hissədə və ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 210,50 kv.metr olan mənzildən X2 3/5 hissədə olan paylarının üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 337.3-cü maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin və üçüncü şəxs qismində işə cəlb edilmiş X2 izahatları ilə və iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, X9 ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2019-cu il tarixli borc müqaviləsi görünüş üçün bağlanmış əqd olmaqla uydurma əqddir. Qeyd edilən əqd etibarsız sayılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna ziddir və başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, məhkəmə cavabdehin etirafını qəbul etmir. Beləliklə, məhkəmə, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5139/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5139/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver