Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-516/2022 25.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar İddiaçı borclu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsinə dair əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-131/2021 saylı 08 iyul 2021-ci il tarixli məhkəmə əmrinə əsasən, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsi ev 14 mənzil 21-də qeydiyyatda olan, hazırda Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən və yaşayan Cavabdeh 1500 (bir min beş yüz) manat və 20 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması əmr edilmişdir. İddiaçı əmrə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, əmrdə istinad edilən sadə yazılı formada bağlanmış borc müqaviləsi onun tərəfindən imzalanmamış və onunla İddiaçı arasında hər hansı borc münasibəti olmamışdır. Xocavənd Rayon Məhkəməsinin 2(069)-131/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 2(069)-131/2021 saylı 08 iyul 2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və material iddia icraatına keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11679/2021 saylı 17.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, Cavabdeh tanıyır və yaxın münasibətləri olmuşdur. Cavabdeh 15 oktyabr 2018-ci ildə onun yanına gələrək ona 1500 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o cavabehə 1500 manat borc pul vermiş və o, öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı pulu 15 mart 2019-cu il tarixdə qaytaracaqdır. Cavabdeh borclu olduğu pulu qaytarması barədə üzərinə götürdüyü öhdəlikləri yterinə yetirməmiş, müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hərbçi işləyir və hər ay 1500 manat əmək haqqı alır və borcunu qaytarmağa maddi imkanı çatır. Odur ki, iddia tələbinin təmin edilməsi, cavabdehdən 1500 manat məbləğində borc pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş 16.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, V.E.Müzəffərov 05.01.2021-ci il tarixdən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir. İş materiallarında olan 15 oktyabr 2018-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh 15.10.2018-ci ildə İddiaçı qaytarmaq şərti ilə 1500 manat borc pul götürmüş və 15.03.2019-cu il tarixdə qaytaracaqdır. 05.07.2021-ci il tarixli, 27393 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 15.10.2018-ci ildə tanışı Cavabdeh qaytarmaq şərti ilə 1500 manat borc pul vermiş və 15.03.2019-cu il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 2(069)-131/2021 saylı 08 iyul 2021-ci il tarixli məhkəmə əmrinə etirazında imzanın ona aid olmasını mübahisələndirdiyindən Yasamal Rayon Məhkəməsinin 2(004)- 516/2022 saylı, 26.01.2022-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert vəsatətinin təmin olunması məqsədilə cavabdehə imza nümunələrinin təqdim etməsi barədə məlumat verilsə də vaxtının olmaması səbəbi ilə imza nümunələrini təqdim etməkdən yayınmışdır. Ona görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.03.2022-ci il tarixli, 4/206 saylı ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatı 11.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə istinadən cavabdeh X1 imza nümunələrinin təqdim edilməməsinin üzürlü səbəbləri müəyyən edilmədiyindən, onun zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsini həmin ekspertizada iştirak etməkdən imtina etməsi kimi qiymətləndirir və qeyd edir ki, cavabdeh tərəfə ekspertizada iştirakdan imtina etdikdə bunun Məcəllənin 97.5-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 1500 (bir min beş yüz) manat məbləğində borc pul aldığı iş materialları ilə sübuta yetirildiyindən, onun tərəfindən həmin 1500 manat borc məbləğinin qaytarılmasına dair hər hansı sübut məhkəmə iclasında təqdim olunmadığından 1500 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-516/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-516/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver